Xəyanət elə yolların minasızlaşdırılmasından başlanır

Azərbaycanın Şuşa şəhərinin işğalından 19 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən ... Ardı»
Baxılıb: 605 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 08.05.2011 | Müzakirələr (0)



Indi internet vasitəsilə də öpüşə biləcəksiniz

Yaponlar öz ixtiraları ilə dünyanı heyrətləndirməkdə davam edirlər. Gündoğan ölkənin sakinləri bu dəfə internet istifadəçiri üçün "fransız öpüşü" hazırlayıblar.

Belə ki, Yaponiyanın Elektrokommunikasiya Universitetinin alimləri ixtira etdikləri xüsusi qurğu sahəsində internet vasitəsilə istədiyiniz şəxslə öpüşə biləcəksiniz. Bu cihazın görünüşü də çox sadədir, ilk baxışdan polislərin spirtli içkilər əleyhinə istifadə etdikləri alkotestə bənzəyir. Kiçik qutu mühərrik və ondan çıxan balaca plastik borucuqdan ibarətdir. Onun işləmə mexanizmi isə belədir: istifadəçi dili ilə cihazın borucuğuna toxunur, proqram isə borucuğun hərəkətini təhlil edərək onu digər kompüterə qoşulmuş analoji cihaza ötürür, nəticədə qarşı tərəfdə olan şəxsin borucuğu onun ağız boşluğunda tərpənərək öp ... Ardı»
Baxılıb: 580 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 07.05.2011 | Müzakirələr (0)



Vaqif Əsədov: "Avtomobilləri yüksək sürətlə idarə edərək, açıq-aşkar cəmiyyətə hörmətsizlik etməyiniz yetər".Sonda meydanda yol polisi qalib gələcək.


Bunu deyən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov gecə vaxtı paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq edən sürücülərə ismarıc göndərdi. Onun sözlərinə görə, yol polisinə meydan oxuyan 20-30 yaş arasındakı avtoxuliqan gənclər bilməlidir ki, son nəticədə yol polisi qalib gələcək. "Ona görə də, avtomobilləri yüksək sürətlə idarə edərək, açıq-aşkar cəmiyyətə hörmətsizlik etməyiniz yetər. Bu istiqamətdə daha güclü təsirə malik tədbirlər həyata keçirəcəyik. Vətəndaşların həyatını real təhlükə altına atan bütün sürücülərin haqqında inzibati qaydada tədbirlər görüləcək”, - ... Ardı»
Baxılıb: 528 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 07.05.2011 | Müzakirələr (0)

                                                                        
 
Azərbaycanlı xeyriyyəçinin abidəsi götürülüb!!!
 
Tərcumeyi hal: Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Sonra isə Hacı neft işi ilə məşqul olmağa başlayır. O, işə başlarkən bunun nə dərəcə ... Ardı»
Baxılıb: 1647 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 01.05.2011 | Müzakirələr (0)


ADNA qurbanları anıldı.Universitetin qarşısına güllər qoyulub, şamlar yandıırlıb

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 2 il ötür. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar ... Ardı»
Baxılıb: 891 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 30.04.2011 | Müzakirələr (1)



"Nə etsəm də, mən azərbaycanlıların yaddaşında Anar Məmmədxanov "Parni iz Baku” komandasının kapitanı kimi qalacam"

sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun ANS TV-yə verdiyi son müsahibəsini təqdim edir. Bu bəlkə də onun kütləvi informasiya vasitələrinə sonuncu müsahibəsi idi. Müsahibə mayın 10-da efirə getməli olsa da, Anar Məmmədxanovun vaxtsız ölümü bütün planları dəyişdirdi. O özü də bu müsahibənin efirə getməsini səbirsizliklə gözləyirdi...

"Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandası (KVN) necə yarandı?
-1985-ci ildə mən 9-cu sinifdə oxuyurdum. O vaxt yenidənqurma işləri başlayanda KVN təzə bərpa olunurdu. Məktəbdə yumor gecəsi keçirirdik. Yadımdadır ki, böyük bir tamaşa idi. Məktəbimizdə də bir rəsmxət müəllimi vardı, Mixail Dovudovs. O v ... Ardı»
Baxılıb: 698 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 28.04.2011 | Müzakirələr (0)

« 1 2 ... 17 18 19 20 21 22 23 »