1828-ci il fevralın 10-da I Nikolay ilə Fətəli Şah Qacar arasında bağlanan Türkmənçay
müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölündü.
Azərbaycan memarlığı
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişafmərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılanBərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dinibinalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdəXilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərinyaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləriyarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıqməktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıqməktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığıbinaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIIIyüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeolojitədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır.Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayışbinaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslubözəllikləri haqqında aydın təsəvvür yaradır.
Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdanornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinəmənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləriilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıqquruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarıtürbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləriəksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusifibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırdamövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkroğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçünobrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorlarınzərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornamentbəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyalarıbədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəmininyaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcədə müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir.Marağadakı "Göy günbəz" türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmiüslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığınıninkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ənqədimi "Qırmızı günbəz" türbəsidir (1148, memar Bəkir Məhəmməd). Budövrdə Urmiyada tikilmiş "Üç günbəz" türbəsi (1185, memar Əbu MənsurMusa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsullarıdaşdan tikilmiş türbələrdə - Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakıGülüstan türbəsində (XIII yüzilin əvvəli), Füzuli rayonunun Babıkəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memarı Əli Məcidəddinolması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində(XIII-XIV yüzillər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibnƏyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşaminarəli türbə; minarələr XII yüzil - XII yüzilin əvvəli, türbə XIVyüzilin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIVyüzilin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memartərəfindən yaradıldığı ehtimal olunur.
X-XII yüzillərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları,bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərinkitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında vədigər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan Məhəmməd ibnCəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəliplitə X yüzil), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), MəhəmmədƏbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078), Möhsün (XI yüzil;əsərləri məlum deyil), onun oğlu Bəndan ibn Möhsün (XII yüzil; əsərləriməlum deyil), nəvəsi Bəkir Məhəmməd (Marağada "Qırmızı günbəz" türbəsi1148), Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyirtürbəsi, 1162, Mömünə xatın türbəsi 1186 və s.), Aşur İbrahim oğlu(İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171), Əmirəddin Məsud(XII yüzil; əsərləri məlum deüyil), Əbu Mənsur Musa oğlu (Urmiya ş.yaxınlığında "Üç günbəz" türbəsi, 1185), Əhməd Məhəmməd oğlu (Marağada"Göy günbəz türbəsi, 1196), Məsud Davud oğlu (Bakıda Qız qalası, XIIyüzil), cəmaləddin (indiki Naxçıvan MR-nın Xanağa kəndindəki Əlincəçayxanəgahında türbə, XII yüzilin sonu - XIII yüzilin əvvəli), ƏhmədƏbubək oğlu (XIII yüzil, Mərənd; əsərləri bəlli deyil), ƏbdülməcidMəsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232), Zeynəddin Əburəşid oğluŞirvani (Bakı limanında Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235),Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (cəlaləddin Ruminintürbəsi 1273), Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiyaşəhərində) məscid minarəsi, 1236-46), Mahmud ibn Maqsud (Pirsaatçayxanəgahının minarəsi, 1256), Mahmud ibn Məsud (Bakıdakı Şəfiullaməscidi; XIV yüzil), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyadaməscid mehrabının oyma naxışları, 1277), Mahmud Səd oğlu (Bakıyaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi,1305-13), Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322),gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Gümə məscidinin gəcdən oymabəzəkləri, 1329), Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331),Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314), Kəştasif Musaoğlu (Nardaran Xan hamamı, 1388) və b. 10-14 yüzillərdə Azərbaycanmemarlığının ən dəyərli örnəklərini yaratmışdır.
XII-XIII yüzillərdə Azərbaycanda bir sıra möhtəşəm körpülərsalınmışdır. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (XII yüzil) və11 aşırımlı (XIII yüzil) Xudafərin körpüləri, indiki Qazax rayonundakı4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII yüzil), Gəncəçayın üzərindəsalınmış 3 körpü (qalıqları; XII-XIII yüzillər), Güney AzərbaycanındaMinayə ş. yaxınlığında Qızılüzən çayı üzərindəki körpü ("Qız körpüsü",XII yüzil) və b. Xüsusilə diqqəti cəlb edir.
Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq abidələri üçün daşkonstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daşüzərində oyma bitki ornamentləri səciyəvidir. Bakıdakı Sınqqalaminarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII yüzil, memarMəsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memarƏbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV yüzil), Nardaran qalası(1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV yüzil) və s. buməktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII yüzildə Bakılimanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların"Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir.Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, ustaZeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsudoğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdənadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsubolan tikililərdən biri də XIII-XIV yüzillərdə formalaşmış Pirsaatçayxanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dinikompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarınadı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402),indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) vəBakıda Şirvanşahlar sarayı kompleksində (1420-60) Şirvan-Abşeronmemarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.
XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıqsahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisiHülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanasıtikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbrizşəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizinətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.
XV yüzilin sonu - XVI yüzilin əvvəllərində Səfəvilər dövlətininyaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibatimərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi vəiqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərinböyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı.Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.
XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə dəfəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləriyaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat,Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycanmemarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin(1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı ustaƏhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin(1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlifboyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra ISultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar ƏliTəbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır)İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini(1522) tikmişdir.
XVI-XVII yüzillər memarlığı müəyyən dərəcədə keçmiş dövr ənənələrinindavamı olmuşdur. XVI yüzildə müxtəlif şəhərsalma tədbirləri indikiGüney Azərbaycan ərazisində keçirilmişdir. XVII yüzil bir sıraşəhərlərin önəmli dərəcədə inkişafı və həmin şəhərlərdə mərkəzikomplekslərin yaradılması ilə əlamətdardır.
XVII-XVIII yüzillərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif aidiyyətlibinaların tikintisi genişləndi. Şamaxı, Gəncə və Bakıda karvansaralar,Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dinibinalar və yaşayış evləri inşa edildi. Karvansaralar Şərqdə, o cümlədənAzərbaycanda özgün ictimai tikili olmuşdur. Həmin çağda Azərbaycanşəhərlərinin strukturunda yaşayış evləri və məscidləridən sonrakarvansaralar və onlarla bilavasitə bağlı olan ticarət tikililəriönəmli yer tuturdu.
Feodal Şərqinin başqa ölkələrindəki şəhərlərdə olduğu kimi, Azərbaycanşəhərlərində də hamam binaları geniş yayılmışdı. Hamamlarsanitariya-gigiyena funksiya daşımaqla yanaşı, həm də istirahət, görüş,söhbət və stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycanhamalarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memarKəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı,XIV yüzil, Hacı Qayıb hamamı, (XV yüzil), Basqalda (XVII yüzil),Gəncədə ("Çökək hamam", XVII yüzil), Şuşada ("Merdinli" məhəlləsininhamamı), Qubada ("Çuxur hamam"), Şəkidə ("Ağvanlar hamamı" - hər üçüXIX yüzil), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memarKərbalayi Səfixan Qarabaği) qalmışdır.
XVIII yüzildə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkəniniqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafındadurğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasındatikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünügöstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüşyarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati vəsənətkarlıq mərkəzinə çevrildi.
XVIII yüzildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası(sonra İbrahim xan tərəfindən genişləndirilmişdi) bu dövrün ən irimüdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınanƏsgəran qalası iki istehkamdan ibarətdir.
XVIII-XIX yüzillər xalq yaşayış evlərinin maraqlı örnəkləri Zakatala,Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə və Abşeronda qalmışdır.
XV-XVIII yüzillərdə Azərbaycan memar, bənna və ustalardan Ustad Hacınınoğlu (memar; Mərəzədəki Diribaba türbəsi, 1402), Məhəmməd Məcid Təbrizi(nəqqaş; Bursadakı Yaşıl camenin mehrabı, 1424), Əli ibn Hacı Əhməd(ağac üzərində oyma ustası; Bursadakı camenin qapısı), memar Əli(Məhəmməd Əli; Bakıda Şirvanşahlar sarayı kompleksində 1435 il tarixlitürbə), Hacı Əhməd (memar; Dərbənddəki, "Qırxlar darvazası" və "Böyükməscid, XV yüzil), Yusif ibn Ustad Zahir (memar; Qəbələ rayonunun Həzrəkəndindəki Şeyx Bədrəddin türbəsi, 1446), Tacəddin (memar; Qubarayonunun Agbil kəndində türbə; 1446, qalmışdır), Xoca Əli HasilTəbrizi (memar; Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV yüzil),Səmsəddin (memar; Məşhəddə Şah məscidi, 1451), Nemətulla Bəvvab ibnMəhəmməd (xəttat və kaşı ustası; Təbrizdəki Göy məscidin kitabələri,1465), Şəmsəddin Təbrizi (memar; İsfahandakı Ali məscid, 1522),Şəmsəddin Şəmaxi (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Mənsurtürbəsi, 1570), Əsir Əli (Təbriz; 1515-37 illərdə Türkiyənin İstanbul,Konya, Əskişəhər, Çorlu, Tekirdağ, Qəbzə, Trabzon, Hacılar,Bolqarıstanın Sofiya, Yuqoslaviyanın Sarayevo və b. şəhərlərində çoxlubina tikilmişdir; əsas işləri - İstanbulda Topqapı sarayının 2-cibaştağı, Sultan Səlim məscidi, 1522; Sofiyada Seyfəddin Qazi məscidiSarayevoda imarət, kitabxana, məscidlər kompleksi, 1532; Qəbzədə ÇobanMustafa məscidi və s.) Əmirşah Vəlyənkuhi (memar; Bakıda Şirvanşahlarsarayı ansamblının Şərq darvazasının daşdan oyma bəzəkli baştağı,1584), Şeyx Bəhaəddin (memar və alim; Gəncənin cümə məscidi vəətrafındakı meydanın memarlıq ansamblı, 1606), Nadir Əli ibn UstadYarəli (memar; Mərdəkanda türbə, XVII yüzil), Pərviz (memar; AbşeronunBuzovna kəndinin qəbiristanlığında türbə, 1641), İsmayıl NəqqaşƏrdəbili (xəttat və nəqqaş; Ərdəbildəki Şeyx Səfiəddin kompleksinin Aliqapı baştağının bəzəkləri, 1647), Yusifşah ibn Məlik Səfimai (memar;Şeyx Səfiəddin kompleksinin Ali qapı baştağı, 1647), Baba Şeyxican(memar; Mərəzə kəndində karvansara, 1613), Murad Əli (memar; NardarandaHacı Baxşı məscidi, 1663), Əbdüləzim Səhkar (memar; Şamaxı rayonununKələxana kəndindəki türbələr kompleksi, XVII yüzil), Baba Əli (memar;Abşeronun Məmmədli kəndində hamam, 1663), Məhərrəm (memar; AbşeronunBinə kəndində məscid, 1697), Bünyad (memar; Abşeronun Maştağa kəndindəməscid, 1716), Abbasqulu (memar və nəqqaş; Şəki xanları sarayının böyüksalonunun tavanının bəzəkləri; XVIII yüzil) və b. fəaliyyətgöstərmişlər.