Головна » 2011 » May » 7 » İnternetdə "fransız öpüşü"
15:09
İnternetdə "fransız öpüşü"


Indi internet vasitəsilə də öpüşə biləcəksiniz

Yaponlar öz ixtiraları ilə dünyanı heyrətləndirməkdə davam edirlər. Gündoğan ölkənin sakinləri bu dəfə internet istifadəçiri üçün "fransız öpüşü" hazırlayıblar.

Belə ki, Yaponiyanın Elektrokommunikasiya Universitetinin alimləri ixtira etdikləri xüsusi qurğu sahəsində internet vasitəsilə istədiyiniz şəxslə öpüşə biləcəksiniz. Bu cihazın görünüşü də çox sadədir, ilk baxışdan polislərin spirtli içkilər əleyhinə istifadə etdikləri alkotestə bənzəyir. Kiçik qutu mühərrik və ondan çıxan balaca plastik borucuqdan ibarətdir. Onun işləmə mexanizmi isə belədir: istifadəçi dili ilə cihazın borucuğuna toxunur, proqram isə borucuğun hərəkətini təhlil edərək onu digər kompüterə qoşulmuş analoji cihaza ötürür, nəticədə qarşı tərəfdə olan şəxsin borucuğu onun ağız boşluğunda tərpənərək öpüş effekti yaradır.

Alimlər deyirlər ki, bu cihaz əsasən ayrı düşmüş sevgililərin dadına çatmış olacaq. Həmçinin belə öpüş qeyd edilə və sonradan nəzərdə tutulan şəxsə də ötürülə bilər. Ona görə də alimlər hesab edir ki, bu mexanizm vasitəsilə məşhur ulduzlar öz öpüşlərini pərəstişkarlarına ötürə biləcəklər.
Gələcəkdə bu cihazın daha da mükəmməlləşdirilməsi gözlənilir.
Переглядів: 582 | Додав: NicatKNN | Рейтинг: 1.0/1
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]