Qobustan rayonunda keçirilən toy mərasimində gəlin dünyasını dəyişib. Şamaxı Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Qobustan rayonunun Mərəzə qəsəbəsində 1988-ci il təvəllüdlü İsayev Alim Əli oğlu ilə 1992-ci il təvəllüdlü İsgəndərova Afət Bilal qızının toy mərasimində qeydə alınıb.

Məlumata görə, ötən gün "Şamaxı” restoranında Şamaxının Cavanı kənd sakini Afət İsgəndərovanın toy mərasimi olub. Bu gün günorta saatlarında isə el adəti ilə gəlin qız evindən oğlan evinə - Alim İsayevin atasının Mərəzə qəsəbəsindəki evinə gətirilib.

Mərasim həyətyanı sahədə qurulmuş toy çadırında davam etdirilib. Lakin bir saatdan sonra qəflətən gəlinin halı pisləşib. A. İsgəndərova təcili Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər onu xilas ... Ardı»
Baxılıb: 496 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.04.2011 | Müzakirələr (2)


41 yaşında vəfat edən sabiq millət vəkili Anar Məmmədxanov "Qurd qapısı” yaxınlığındakı qəbiristanlıqda dəfn edildi. ANS PRESS-in məlumatına görə, Anar Məmmədxanov saat 15:40 radələrində torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, onun sənət yoldaşları, bir çox tanınmış ziyalılar, millət vəkilləri iştirak edib.

Mərhumun cənazəsini Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə və Murad Dadaşov çiyinləri üstündə götürmüşdülər.

Anar Məmmədxanovun dəfn məclisində iştirak edən əməkdar incəsənət xadimi Baba Vəziroğlu ANS PRESS-ə açıqlamasında çox kədərləndiyini bildirdi və mərhumun yaxınlarına başsağlığı verdi: "Anar Məmmədxanov mənim həm dostum, həm də qonşum idi. Tez-tez görüşdüyüm, dərdləşdiyim gözəl dost idi. Bizi Rüstəm İbrahimbəyov tanış etmişdi. Onunla həm yaradıcılıq, həm də qeyri-rəsmi məclislərdə görüşü ... Ardı»
Baxılıb: 642 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.04.2011 | Müzakirələr (0)

                                          
 
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Prokurorluğu İctimai Palatanın bu gün Bakının mərkəzində keçirdiyi aksiya ilə bağlı birgə məlumat açıqlayıb. DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar aprelin 2-də N. Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq "Sərbə ... Ardı»
Baxılıb: 453 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 02.04.2011 | Müzakirələr (0)

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs ( ... Ardı»

Baxılıb: 1314 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 11.03.2011 | Müzakirələr (0)

Aktyorun vəfatı etdiyi bu gün axşam saatlarında məlum olub.
Qonşularının və tanışlarının bildirdiyinə görə, aktyoru sonuncu dəfə martın 4-də axşam saatlarında görüblər. Bu gün isə ondan xəbər çıxmayıb. E.Həmidov bu gün tamaşada iştirak etməli olsa da, işə getməyib. Bundan sonra onun evinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. FHN əməkdaşları pəncərədən mənzilə daxil olaraq, E.Həmidovun cəsədini tapıblar. İlkin versiyaya görə, o, ürək xəstəliyindən vəfat edib. Həmidov Elçin Qəzənfər oğlu - 1958-ci ildə anadan olub. O, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus m ... Ardı»
Baxılıb: 542 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 06.03.2011 | Müzakirələr (0)

Alimlərin apardığı araşdırmalar maraqlı nəticələr verib
Qadınla tanış olan kişi ilk olaraq onun hansı hissəsinə baxır? Kişilər arasında aparılan uzunmüddətli araşdırmalar, yoxlamalar, sorğulardan sonra bu sualın cavabını müəyyən etmək mümkün olub. Belə ki, qarşısında qadın görən kişi ilk olaraq onun sinəsinə nəzər yetirir. Bu onların problemi olduğunu göstərmir.

Gözlər - ikinci ən çox baxılan hissə gözlərdir. Kişilər ilk görüşdə məhəbbətə inanan varlıqlar olduğu üçün birbaşa gözlərin içinə baxmağa üstünlük verir. Nəzərə alsaq ki, gözlər ruhun çölə açılan pəncərəsidir, onları anlamaq olar.

Dodaqlar - Ancelina Colinin kişilər tərəfindən nə üçün bu qədər çox sevildiyini düşünün. Kişilər dolu dodaqlı qadınlardan xoşlanır və bu hissəyə mütləq nəzər salırlar.

Ayaqlar - kişilər üçün çox önəmli hissə ... Ardı»
Baxılıb: 515 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.02.2011 | Müzakirələr (2)

« 1 2 ... 19 20 21 22 23 »