50-dən çox fotoşəklin nümayiş olunduğu sərgi 2 gün davam edəcək

Türkiyənin Kocaeli vilayətində "1915-i burax, 1992-yə bax” adlı ermənilərin Xocalıda törətdiyi vəhşiliyi nümayiş etdirən foto-sərgi açılıb. İzmit rayonu Sənət küçəsində açılan sərgini Haqq və Bərabərlik partiyası (HEPAR-Hak və Eşitlik Partisi) təşkil edib. 50-dən çox fotoşəklin nümayiş olunduğu sərgi 2 gün davam edəcək və analoji tədbir vilayətin başqa rayonlarında da keçiriləcək.

Sərginin açılışında iştirak edən partiya sədrinin müavini Cazim Gürbüz hər il aprelin 24-də keçirilən qondarma erməni soyqırımı gününün beynəlxalq bir yalan olduğunu deyib: "Ermənilərin son çirkin və dəhşətli cinayəti çox yaxın bir vaxtda, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verib. Ermənilərin burda kiçik bir türk uşağının başını kəsərək futbol oynadığını bilməyən yoxd ... Ardı»
Baxılıb: 418 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 28.04.2011 | Müzakirələr (0)



Xorvat mer maraqlı təkliflə çıxış edib

Xorvatiyada olan adalardan biri sosial şəbəkə "Facebook"un şərəfinə adlandırıla bilər."Lenra.ru" saytına istinadən verdiyi məlumata görə, bu ideya adada yerləşən Xvar şəhərinin meri Pyerino Bebiçə məxsusdur.

Belə ki, Bebiç artıq sosial şəbəkənin yaradıcısı olan Mark Zukerberqə bununla bağlı müraciət də ünvanlayıb. Bundan əlavə mer onu Adriatikdə ən günəşli hesab edilən adaya yay tətilində istirəhət etməyə dəvət edib.

Qeyd edək ki, əgər şəbəkənin yaradıcısı merin təklifinə müsbət cavab verərsə Veli Vordnyak adası "Facebook" adlanacaq. Bu adada mayak da var.

Xvar meri və sakinlər bu yolla adaya daha çox turist cəlb edə biləcəklərini düşünürlər.
Baxılıb: 470 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 27.04.2011 | Müzakirələr (0)



Eldar və Nigar Ukraynada yerli jurnalistlərin sual atəşinə məruz qaldılar

Azərbaycanı "Eurovision 2011” Mahnı Müsabiqəsində təmsil edəcək Eldar və Nigar Ukraynanın "Komsomolskaya pravda” qəzetinin onlayn qonaqları olublar. Müsahibəni oxucularımıza təqdim edirik:

- Sizin mübahisələriniz olur? Aranızda hansısa romantik münasibət var?
Eldar: Hərdən mübahisələrimiz olur, ancaq bunlar da sənətlə bağlı olur. Ancaq hər şey yaxşıdır.
Nigar: Biz yaxşı dostuq, həmişə bir yerdəyik.

- Məşhurlardan kimi özünüzə üçüncü götürərdiz?
Nigar: Cenifer Lopesi.
Eldar: Kim bizimlə oxumaq istəsə, biz hamıya şad olardıq (gülür red.)

- Siz özünüz hansısa ölkəyə səs verəcəksiz? Sirr deyilsə, kimə?
Nigar: Çətin ki, bizim səs verməyə vaxtımız olsun.
Eldar: Bu il mürəkkəb müsabiqə olacaq, yaxşı ölkələr çoxdur. Çalış ... Ardı»
Baxılıb: 518 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.04.2011 | Müzakirələr (0)


Sərdar Abdullayev: "Yaralananlar olub, ölən yoxdur"

"Dünən ermənilərdə "soyqırım günü” olub. Ermənilər bununla bağlı mitinq keçirən zaman azərbaycanlılar Türkiyə və Azərbaycan bayraqları əllərində onların yanından keçiblər. O da sonradan münaqişəyə çevrilib”. Bunu ANS-ə açıqlamasında Ümumrusiya Azərbaycanlılar Konqresinin Tver regional bölməsinin rəhbəri Sərdar Abdullayev Rusiyanın Tver vilayətində dünən saat 17.00 radələrində ermənilərlə azərbaycanlılar arasında baş vermiş toqquşmaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı araşdırmalar aparılır: "Yaralananlar olub, ölən yoxdur. Ermənilərdən 7-8 nəfər, bizdən isə 1 nəfər xəstəxanaya düşüb”.

Qeyd edək ki, Rusiyanın Tver vilayətində ötən gün saat 17 radələrində ermənilərlə azərbaycanlılar arasında toqquşma baş verib. Rusiyanın informasiya vas ... Ardı»
Baxılıb: 467 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.04.2011 | Müzakirələr (0)


Heykəllərdən birinin baş qismi 10:12 radələrində kəsilib

Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğunun rəmzi olan "insanlıq abidəsi”nin başı qoparılıb. ANS PRESS-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər abidənin götürülməsi işlərinə başlanılıb. Heykəllərdən birinin - Qars qalasına baxanının baş qismi 10:12 radələrində kəsilib.

Heykəlin yaxınlıqdakı yola düşməsi ehtimalı ilə əlaqədar yolda avtomobillərin hərəkəti qadağan olunub. İki insan fiqurundan ibarət abidə 18 parça halında kəsiləcək.

Xatırladaq ki, "İnsanlıq abidəsi" adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və ... Ardı»
Baxılıb: 520 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.04.2011 | Müzakirələr (0)



Erməni terror təşkilatı ASALA Türkiyənin Tiflisdəki səfirliyinə təhdid məktubu göndərərək, Ankaranı Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbyacanı dəstəkləməkdən əl çəkməsi üçün hədələyib. "Prosesdən çəkilin, yoxsa tamamlanmayan işi tamamlarız”, yazılan məktubda erməni terror təşkilatı 1973-1984-cü illərdə türk diplomatlarına qarşı terror aktlarının davam edəcəyinə işarə edib.

Ermənilərin 24 aprel - qondarma "soyqırmı” ərəfəsində Türkiyənin Fransa və Kanada səfirliklərinə də məktublar göndərdikləri bildirilir. Bununla bağlı Türkiyə Milli Kəşfiyyat İdarəsi araşdırmalar aparır. Qardaş ölkənin səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Baxılıb: 519 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.04.2011 | Müzakirələr (0)

« 1 2 ... 18 19 20 21 22 23 »