15:00 Dövlət Yol Polisi avtoxuliqanlara ismarıc göndərdi |
Vaqif Əsədov: "Avtomobilləri yüksək sürətlə idarə edərək, açıq-aşkar cəmiyyətə hörmətsizlik etməyiniz yetər".Sonda meydanda yol polisi qalib gələcək. Bunu deyən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov gecə vaxtı paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq edən sürücülərə ismarıc göndərdi. Onun sözlərinə görə, yol polisinə meydan oxuyan 20-30 yaş arasındakı avtoxuliqan gənclər bilməlidir ki, son nəticədə yol polisi qalib gələcək. "Ona görə də, avtomobilləri yüksək sürətlə idarə edərək, açıq-aşkar cəmiyyətə hörmətsizlik etməyiniz yetər. Bu istiqamətdə daha güclü təsirə malik tədbirlər həyata keçirəcəyik. Vətəndaşların həyatını real təhlükə altına atan bütün sürücülərin haqqında inzibati qaydada tədbirlər görüləcək”, - deyə Vaqif Əsədov vurğuladı. V.Əsədov bildirdi ki, avtoxuliqanlar təkcə yol polislərinə qarşı deyil, həm də bütün vətəndaşlara qarşı hörmətsizlik edirlər. "Buna heç vaxt imkan verilməyəcək”. |
|
Всього коментарів: 0 | |