Əhalisi
№ | Göstəricilər | İnformasiya | Ölçü vahidi |
1 | Rayonun mərkəzi olan şəhər və ya qəsəbənin adı | Yevlax şəhəri | |
2 | Kəndlərin sayı | 48 | ədəd |
3 | Qəsəbələrin sayı | 1 | ədəd |
4 | Rayonun iri dövlət və şəxsi müəssisələrinin sayı | 38 | ədəd |
5 | Rayonun mərkəzində əhalinin ümumi sayı | 56503 | nəfər |
6 | Şəhər əhalisinin ümumi sayı | 63450 | nəfər |
7 | Kənd əhalisinin ümumi sayı | 53383 | nəfər |
8 | Rayonda əhalinin orta sıxlığı | 76 | nəfər/kv.km |
9 | Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (kişi) | 57015 | nəfər |
10 | Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (qadın) | 59818 | nəfər |
11 | Əhalinin yaşlara görə bölgüsü (uşaqlar) | 40529 | nəfər |
12 | Əhalinin yaşlara görə bölgüsü (18 yaşa qədər) | 4521 | nəfər |
13 | Əhalinin yaşlara görə bölgüsü (18-dən 55-60-a qədər) | 58592 | nəfər |
14 | Əhalinin yaşlara görə bölgüsü (pensiyaçılar) | 18471 | nəfər |
15 | Rayonda ali təhsilli əhalinin sayı | 5284 | nəfər |
16 | Rayonda orta təhsilli əhalinin sayı | 50386 | nəfər |
17 | Rayonda məskunlaşmış qaçqınların sayı | 965 | nəfər |
18 | Rayonda məskunlaşmış məcburi köçkünlərin sayı | 11851 | nəfər |
Idman
Rayonda idmanın 13 növü (sərbəst güləş,yunan-roma güləşi, sambo, cüdo, futbol, voleybol, (kişi, qadın), taekvando, yüngül atletka, cui-cütsi, kinqboksinq, şahmat) ilə 4943 nəfər məşğul olur ki, onlardan 1171 nəfəri qızlardır.
Rayon idmançılarından Rəşad Əhmədov Taekvando üzrə 2004-cü ildə keçirilən Dünya çempionatında və 2003-cü ildə keçirilən Avropa çempionatında III yeri, Məftun Salmanov gənclərin 2004-cü ildə keçirilən Dünya Çempionatında III yeri və və 2005-ci ildə keçirilən Avropa Çempionatında II yeri, Nicat Haqverdiyev 2005-ci ildə keçirilən Avropa çempionatıda I yeri tutmuşdur.
Sombo üzrə 2006-cı ildə keçirilən Avropa çempionatıda Cavidan Qarayev çempion olmuşdur. Sərbəst güləş növü üzrə Vüqar Qarayev, şahmat növü üzrə Fariz Əhmədov ölkə çompionu olmuşdur.
«Karavan» idamn klubu 2004-cü ildə yaradılıbdır. Klubun nəzdində fəaliyyət göstərən «Karvan» futbol komandası öləknin güclülər dəstəsində oynayır.
2005-ci ildə ökənin güclülər dəstəsində III yeri tutaraq bürücn medal almışdır və 2005-ci ildə «İnter-toto» beynəlxalq yarışlarda iştirak etmişdir.
2006-cı ildə ölkə çempionatıda II yeri tutaraq gümüş medala layiq görülmüşdür. Avropa kuboku yarışlarının iştirakçısıdır.Bundan başqa yeniyetmələrdən ibarət «Yeni-Yevlax», «Karvan-2» futbol komandaları yaradılmış və ölkə yarışlarında iştirak etmişdirlər.
2005-ci ildə Yevlax idmanının inkişafında mühüm rol oynayan, Avropa standartlarına cavab verən 5000 yerlik şəhər stadionu tikilmişdir, həmçinin İdman Sağlamlıq Bazası tikilərək idmançıların istifadəsinə verilmişdir.
2004-2006-cı illər ərzində şəhərin 4 yaşayış massivində yeni idman meydançaları salınmış, orta məktəblərdə 1,2,5,7,8 saylı orta məktəblərdə təbii ot örtüyü olan, şəhər 9 saylı orta məktəbdə süni örtyü olan stadionlar salınmışdır.
«Karvan» futbol komandası
«Karvan» futbol komandası 2004-cü ildə yaradılmış, elə həmin ildə respublika çempionatında III yeri tutaraq bürünc medal qazanmışdır. 2005-ci ildə isə «Karvan» II yeri tutaraq gümüş medala layiq görülmüşdür. 2006-cı ildə UEFA kubokunun birinci təsnifat mərhələsini respublikamızın tarixində ilk dəfə uğurla keçən «Karvan» komandası ikinci təsnifat mərhələsində də oyunlarını yüksək səviyyədə keçirmişdir.
Beynəlxalq Futbol tarixi Statistika
Federasiyasının yeni reytinq cədvəlində dünyanın 350 ən güclü futbol
klubunun siyahısında «Karvan» 89 reytinq balı ilə 174-cü pillədə
qərarlaşmışdır.
Maraqlıdır ki, «Karvan» futbol klubu bu cədvəldə İngiltərənin «Everton»,
Hollandiyanın «Fenot», Almaniyanın «Bayer» və «Borussiya», Türkiyənin
«Trabzonspor» futbol klublarını geridə qoymuşdur.
5000 yerlik «Karvan» futbol klubunun stadionunun tikintisinə 2004-cü ilin aprel ayında başlanmışdır və istifadəyə hazırdır.Stadionun tikintisinə 2 milyon 850 min manat vəsait xərclənmişdir. Stadionun ümumi sahəsi 6,5 hektardır. Stadionun bir əsas oyun, bir təlim-məşq üçün yardımçı, bir süni örtüklü mini meydançaları vardır.
Əsas meydança beynəlxalq standartlara
uyğun olmaqla tribunaların üstü örtülmüş, drenaj və avtomatik suvarma
qurğusu ilə təmin edilmişdir. Meydançada elektron tablo və kompyuterlə
idarə olunan işıqlandırma sistemi, əsas meydançada rahat plastik
oturacaqlar quraşdırılmışdır. Stadionda şərəf tribunası, yerli və qonaq
komanda üçün ayrılıqda soyunub- geyinmə otaqları, duşxana, sanitar
qovşağı, hakimlər üçün otaq, həkim otağı, dopinq otağı vardır.
Stadionda 8 min ədəd meyvə və bəzək ağacları, 120 min ədəd gül və çiçək
əkilmişdir.Yaşıllıqların suvarılması üçün suvarma xətləri çəkilmişdir.
«Karvan» idman klubunun bazasının tikintisinə 2004-cü ili aprel ayında başlanılmışdır. Ümumi ərazisi 9,5 hektardır. Bazanın tikintisinə 495 min manat vəsait xərclənmişdir.İdman bazası iki mərtəbəlidir. Baza idmançıların yaşaması və istirahət etməsi üçün inşa edilmişdir. Otaqlar iki nəfərlik olmaqla hər cür rahatlığı vardır. Bütün otaqlarda hamam və sanitar qovşağı vardır. Bazanın birinci mərtəbəsində idmançıların istirahəti üçün guşə vardır. Ümumi dəyəri 5,0 milyon manat olan İdman Bazasının ərazisində standartlara uyğun 4 meydança inşa olunur. Onlardan ikisi drenaj və avtomatik suvarma sistemləri, biri süni ot örtüklü, biri isə qum örtüklü olacaqdır.
II mərhələdə 2 ədəd 3 mərtəbəli bina
inşa olunacaq, I binada Təhsil Nazirliyinin Qüvvədə olan
Qanunvericiliyinə müvafiq olanar I növbə orta məktəb tədris olunacaq, II
növbədə futbol məktəbi kimi fəaliyyət gösətərəcəkdir.
III mərhələdə isə qapalı hovuz, böyük idman zalının və 4 ədəd kottecin tikintisi nəzərdə tutulur.
İdman bazasının ərazisində 4 standartlara uyğun meydança inşa olunur. Onlardan ikisi drenaj və avtomatik suvarma sistemli, biri təbii ot örtüklü, biri isə qum örtüklü olacaqdır.
Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühümkommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd vardır. Rayonda yerləşən şəhər, qəsəbə və iri kəndlər aşağıdakılardır:
- Yevlax şəhəri
- Aran qəsəbəsi
- Xaldan kəndi
- Havarlı kəndi
- Malbinəsi kəndi
- Qoyunbinəsi kəndi
- Tanrıqulular kəndi
- Salahlı kəndi
- Ərəş kəndi
- Səmədabad kəndi
Mədəniyyət
Yevlax
şəhərində bir çox mədəniyyət sahələri fəaliyyət göstərir. Rayon
əhalisinə 59 kitabxana xidmət göstərir. Onlardan 16-sı şəhərdə, 43-ü
kəndlərdədir. Kitabxanaların kitab fondunda 552300 nüsxə ədəbiyyat
vardır.
Milli adət-ənənələrimizin təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi,
milli musiqi mədəniyyətimizin öyrənilməsi ilə 19 mədəniyyət evi (2-i
şəhərdə, 17-i kəndlərdə) 22 klub və 6musiqi məktəbi məşğul olur. Musiqi
məktəblərində 1389 şagird təhsil alır.
Yevlax şəhərində 2 muzey fəaliyyət göstərir. Ulu öndərimiz Heydər
Əliyevin siyasi irsinin gənc nəslə öyrədilməsində xüsusi əhəmiyyət
daşıyan Heydər Əliyev muzeyi 2006-cı ildə inşa edilmişdir.
Tarixi əhəmiyyətə malik əşyaların toplandığı Tarix-Diyarşünaslıq muzeyi 2005-ci ildən fəaliyyət göstərir.
Mətbuat
Yevlax mətbuatının tarixi Yevlax rayonunun təşkili ilə eyni ilə təsədüf edir. 1935-ci ilin fevralında Yevlax rayonu təşkil edildikdən sonra rayon icraiyyə komitəsinin ilk qərarlarından biri rayon qəzetinin buraxılması haqqında, 1935-ci il 26 fevral tarixli qərarı oldu.
Azərbaycan K/b/P Yevlax rayonu firqəsi
və rayon icraiyyə komitəsinin birgə orqanı olan «Yeni Yevlax» qəzetinin
ilk nömrəsi 1935-ci il martın 6-da çıxmışdır. Həmin qəzet 1962-ci ilin
iyun ayınadək «Yeni Yevlax» adı ilə nəşr olunmuşdur.
1962-ci ilin iyun ayından «Qələbə», daha sonra isə «Mübariz » adı ilə
qəzet buraxılmış və 3 il fəaliyyyət göstərdikdən sonra fəaliyyəti
dayandırılmışdır.
1965-ci ilin yanvarında Yevlax rayonunun
yenidən təşkili ilə əlaqədar olaraq və şəhər, eləcə də rayon
qəzetlərinin nəşri yenidən bərpa olunduğundan Yevlaxda «Təşəbbüs» qəzeti
fəaliyyətə başlamışdır. Bu qəzet 1991-ci ilədək çıxmışdır. Nəhayət
1992-ci il yanvarın 1-dən «Kür» qəzeti nəşrə başlamışdır. Həmin ildən
«Təşəbbüs» qəzetində 1976-cı ildən fəaliyyətə başlamış Əminə Yusif qızı
Əhmədova rəhbərlik edir.
Əminə Yusif qızı Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə
görə «Qızıl qələm» mükafatına (1970-ci il), iki dəfə H.B.Zərdabi adına
mükafata (1993, 2001-ci illər) Məshəti Gəncəvi adına mükafata (1995-ci
il) layiq bilinmişdir. 1991-ci ildən Respublikanın əməkdar
jurnalistidir. 2005-ci ildə ölkə Prezidentinin sərəncamı ilə «Tərəqqi»
medalı ilə təltif olunmuşdur.
«Kür» qəzeti Respublika Mətbuat şurasının üzvüdür. Qəzet 5000 tirajla həftədə bir dəfə çıxır. Bu əyalət mətbuatı içərisində ən yüksək göstəricidir.
Öz oxucularının sevimlisi olan «Kür» qəzetində daimi rublikalar və manşetlər işıq üzü görür. Onlardan ən populyar rublikalar «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı –Tərəqqiyə aparan yol», «Gənclik və həyat», «Hüquqşünasın tribunası», «Vergilər, vergilər…, «Yevlax yenidən qurulur», «İlin sevincləri, ilin uğurları», «Yeni yaşıllıq və gözəllik ünvanları», «Yevlaxı tanıdanlar», «Karvan bizim qürur yerimizdir», «Təhsilimiz inkişaf mərhələsində», «Heç kim unudulmur», «Hərbi xidmət müqəddəs və şərəflidir», «Eşidib gördüklərimdən», «Poeziya yarpaqları» və s.
Yevlax rayonunda 57 ümumtəhsil məktəbi vardır. Bu məktəblərdə 19054 şagirdə 2456 nəfər müəllim dərs deyir.
Onlardan 39-u orta, 10-u əsas, 8-i ibtidai məktəblərdir. Bu məktəblərdən 10-u şəhərdə, 47-isə rayonun qəsəbə və kəndlərində yerləşir. 2005-2006-cı tədris ilində şəhər 4,5 və 9 saylı orta məktəblər Avropa standartlarına uyğun olaraq timir olunmuş, Qaraoğlan və Duzdaq kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasının I xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu hesabına «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində rayonun Hacıselli kəndində 200, Nəmərli kəndində 100 yerlik yeni məktəb binaları inşa olunmuşdur. Hal-hazırda şəhər 6 saylı məktəbdə 280, A.Qarxun kəndində 360, Əkşəm kəndində 120 yerlik məktəb binaları inşa edilir.
Rayonda 26 uşaq baxçası körpələr evi fəaliyyət göstərir. Onlardan 7-si şəhərdə, 19-u kəndlərdə yerləşir. 5 məktəbdən kənar təhsil müəssisəsi vardır. Bunlara daxildir : Uşaq gənclər İdman məktəbi (2), Şahmat məktəbi, Uşaq yaradıcılıq mərkəzi və Texniki yaradıcılıq mərkəzi.