Головна » 2011 » Sentyabr » 09


Bahh Tee adı ilə populyar olan azərbaycanlı repçi Bakıda konsert verəcək.

Rusiyada Bahh Tee adı ilə populyar olan azərbaycanlı repçi ilk dəfə öz doğma şəhəri Bakıda konsert verəcək.Verilmiş məlumata görə, konsertin vaxtı məlum olsa da, lakin təşkilatçılar məkanı dəqiq müəyyənləşdirməyiblər.

Qeyd edək ki, Bahh Tee (Bəxtiyar Əliyev) Moskvada anadan olub, 9 yaşından şeir yazır, 14-15 yaşından isə mahnılar bəstələməyə başlayıb. İlk dəfə "TEEşina” musiqi qrupunun solisti olub. Altı albom sahibi olan Bahh Tee "Namberuan” adlı ilk albomunu 2007-ci ildə çıxarıb. Müsabiqələrin birində qalib gəldikdən sonra o, "Triada” qrupu ilə musiqi yazdırıb. Mahnı "Sən mənə layiq deyilsən” adlanıb.

Məşhur həmyerlimizlə yaxından tanış olmaq istəyənlər onun rəsmi internet saytına daxil ola bilərlər: ... Ardı»
Baxılıb: 469 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 09.09.2011 | Müzakirələr (1)

Qonşu ölkədə basqın və avtomobil qaçırmaqda şübhəli bilinən iki həmyerlimiz saxlanılıb.

Son günlər Rusiyada azərbaycanlılarla bağlı qeydə alınan xoşagəlməz hallar səngimək bilmir. Belə ki, ötən gün də həmyerlilərimizlə bağlı insidentsiz ötüşməyib.Rusiya mətbuatına istinadən verilən xəbərə görə, yerli polis əməkdaşları basqın və avtomobil qaçırmaqda şübhəli bilinən iki gənc azərbaycanlını saxlayıb.

Məlumata görə, 19 və 20 yaşlı gənc həmyerlilərimiz gecə klubunda istirahət etdikdən sonra şəhərdə gəzmək üçün taksi saxlayıblar. Sürücü onlardan haqqını istəyəndə isə "pulumuz yoxdur” deyə cavab veriblər. Vəziyyətin belə olduğunu görən sürücü sərnişinləri maşından düşürmək qərarına gəlib. Lakin gənclər üzərindəki bıçaqla kişiyə hədə-qorxu gəlməyə başlayıblar. Deyilənlərə gör ... Ardı»
Baxılıb: 441 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 09.09.2011 | Müzakirələr (0)