Головна » 2011 » Sentyabr » 9 » Rusiyanın məşhur azərbaycanlısı - Bahh Tee, yəni Bəxtiyar
13:55
Rusiyanın məşhur azərbaycanlısı - Bahh Tee, yəni Bəxtiyar


Bahh Tee adı ilə populyar olan azərbaycanlı repçi Bakıda konsert verəcək.

Rusiyada Bahh Tee adı ilə populyar olan azərbaycanlı repçi ilk dəfə öz doğma şəhəri Bakıda konsert verəcək.Verilmiş məlumata görə, konsertin vaxtı məlum olsa da, lakin təşkilatçılar məkanı dəqiq müəyyənləşdirməyiblər.

Qeyd edək ki, Bahh Tee (Bəxtiyar Əliyev) Moskvada anadan olub, 9 yaşından şeir yazır, 14-15 yaşından isə mahnılar bəstələməyə başlayıb. İlk dəfə "TEEşina” musiqi qrupunun solisti olub. Altı albom sahibi olan Bahh Tee "Namberuan” adlı ilk albomunu 2007-ci ildə çıxarıb. Müsabiqələrin birində qalib gəldikdən sonra o, "Triada” qrupu ilə musiqi yazdırıb. Mahnı "Sən mənə layiq deyilsən” adlanıb.

Məşhur həmyerlimizlə yaxından tanış olmaq istəyənlər onun rəsmi internet saytına daxil ola bilərlər: www.bahh-tee.ru

Həmçinin Bahh-Tee- Ты меня не стоишь  Saytımızın Video bölməsində izləyə bilərsiniz.
Переглядів: 467 | Додав: NicatKNN | Рейтинг: 1.0/1
Всього коментарів: 1
1 aynur  
1
app molodec yeri_var

Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]