Головна »
2011 » Sentyabr » 09 » Azərbaycanlıların Rusiyadakı "gecə sərgüzəştləri"
13:40 Azərbaycanlıların Rusiyadakı "gecə sərgüzəştləri" |

Qonşu ölkədə basqın və avtomobil qaçırmaqda şübhəli bilinən iki həmyerlimiz saxlanılıb.
Son günlər Rusiyada azərbaycanlılarla bağlı qeydə alınan xoşagəlməz
hallar səngimək bilmir. Belə ki, ötən gün də həmyerlilərimizlə bağlı
insidentsiz ötüşməyib.Rusiya mətbuatına istinadən verilən xəbərə görə, yerli polis əməkdaşları basqın və avtomobil qaçırmaqda
şübhəli bilinən iki gənc azərbaycanlını saxlayıb.
Məlumata görə, 19 və 20 yaşlı gənc həmyerlilərimiz gecə klubunda
istirahət etdikdən sonra şəhərdə gəzmək üçün taksi saxlayıblar. Sürücü
onlardan haqqını istəyəndə isə "pulumuz yoxdur” deyə cavab veriblər.
Vəziyyətin belə olduğunu görən sürücü sərnişinləri maşından düşürmək
qərarına gəlib. Lakin gənclər üzərindəki bıçaqla kişiyə hədə-qorxu
gəlməyə başlayıblar. Deyilənlərə görə, bu, taksi sürücüsünün rəsmi
olaraq işə qəbul olunduqdan sonra ilk iş günü imiş.
Rusiya Daxili İşlər Nazirliyinin Qoloseyevsk rayon İdarəsinin rəisi
Aleksandr Tereşukun sözlərinə görə, sürücü son anda maşından çıxa və
hadisə yerindən qaça bilib.
"Sərnişinlər sürücünün açarları maşının üzərində qoymasından istifadə
edərək "Chevrolet” markalı avtomobili qaçırmaq qərarına gəliblər. Lakin
çox uzağa gedə bilməyiblər, dirəyə dəyib, maşını qoyub qaçıblar. Bir
sutkadan sonra onlar ələ keçiblər. Oğlanlar sərxoş olduqlarını, nə
etdiklərini xatırlamadıqlarını deyiblər. Onlardan biri tələbədir,
digəri isə nə işləyir, nədə ki oxuyur”, - deyə idarə rəisi bildirib.
İndi gənc həmyerlilərimizi "gecə sərgüzəştinə” görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
|
|
Переглядів: 530 |
Додав: NicatKNN
| Рейтинг: 0.0/0 |
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[
Реєстрація |
Вхід ]