Sosial şəbəkələrdə dünyada ən çox sevilən itin fotoları peyda olub. Belə
ki, "Facebook" sosial şəbəkəsində 5 yaşlı şpis (dikqulaqlı, qalıntüklü
it cinsi) cinsli "Bu" (Boo) adlı itin heyranlarının sayı 2 milyona
yaxındır. İtin belə məşhurlaşmasına səbəb isə Kardaşyan bacılarından
birinin onun fotosunu öz bloqunda yerləşdirməsi olub.
Dünyanın ən sevimli iti oyuncağa bənzəyir. İndi itin sahibi Bu haqqında
olan "Bu: dünyanın ən sevimli iti necə yaşayır" kitabının reklamı ilə
məşğuldur.