Amerikalı üzgüçü Diana Nayad dənizlə Kuba və Florida arasındakı məsafəni
qət etməyə 2-ci dəfə cəhd edəcək. 62 yaşlı qadın Kubanın paytaxtı
Havanadan 165-kilometrlik, 60-saatlıq səfərə yollanıb. Üzgüçü 1979-cu
ildə elə özünün qeydə aldığı rekordu təzələməyə çalışır. Həmin vaxt
Diana Nayad Baham adalarından Floridaya üzmüşdü. Üzgüçü hazırda həmin
səyahətdəkindən daha yaxşı formada olduğunu deyir.
Üzgüçüyə köpək balıqlarını uzaq tutacaq, elektrik cərəyanı ilə təchiz
edilmiş xüsusi aparat bağlanacaq. Diana Nayadı qayıqla müşayiət edən
köməkçilərə isə ona yemək, dərman yaxud yeni çimərlik paltarı vermək
qadağan olunub.
Qeyd edək ki, yaşlı üzgüçü avqustun 9-da Kuba-Florida dəniz səyahətini
reallaşdırmağa çalışsa da, astma tutması s
...
Ardı»