Şəhid atası: "Bircə onunla təskinlik tapıram ki, oğlum Vətən uğrunda ölüb"Ermənistan silahli qüvvələrinin mayın 20-də Ağdam rayonunun Şıxlar kəndi
yaxınlığında qətlə yetirdiyi Azərbaycan Ordusunun kiçik çavuşu Rəhman
Məmmədov bu gün Ağdamın Çullu kəndindəki qəbiristanlıqda torpağa
tapşırılıb. Dəfn mərasimində iştirak edən şəhidin atası qəhərləndiyindən
ANS-in mikrofonuna danışa bilməyib. O, yalnız bu cümlələri deyə bildi:
"Bircə onunla təskinlik tapıram ki, oğlum Vətən uğrunda ölüb. Onunla
fəxr edirəm"
Dəfn mərasimində R. Məmmədovun əsgər yoldaşları da iştirak edib.
Qeyd edək ki, Məmmədovlar ailəsi əslən Ağdamın işğal altında olan Maqsudlu kəndindən olsalar da Bərdə rayonunda məskunlaşıblar.
Ağdam rayonunun cəbhə xəttində yerləşən Orta Qərvənd kəndinin
sakinlərinin
...
Ardı»