Головна » 2011 » May » 22 » “Yahşi Cazibe”də Azərbaycana sürpriz bayraq jesti
03:34
“Yahşi Cazibe”də Azərbaycana sürpriz bayraq jesti



Aktyor Hakan Yılmaz Azərbaycan təmsilçilərinin "Eurovision-2011”dəki qələbəsini təbrik etdi



Türkiyənin ATV telekanalında yayımlanan "Yahşi Cazibe” serialında Azərbacanla bağlı bir ençə gündür bayraq jesti reallaşdı. Serialın 46-cı seriyasının ssenarisinə görə, Cazibənin ad günü münasibətilə aktyor Hakan Yılmazın canlandırdığı Kamal ona sürpriz etmək istəyir. Cazibənin onu Türkiyədə gözlədiyi bir vaxtda Kamal ona sürpriz hazırlayır və Bakıya səfər edir. Kamal Bakıdan, Cazibənin xalasının evindən Türkiyə ilə görüntülü bağlantı yaradır və Cazibəni çoxdan görmədiyi qohumları ilə danışdırır. Və… Kamal Azərbaycanı "Eurovision-2011” müsiqi müspabiqəsindəki qələbə münasibətilə təbrik edir, çəkiliş meydançasında Azərbaycan bayrağı açılır.

Qeyd edək ki, bu, "Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camalın Düsseldorf səhnəsinə Türkiyə bayrağı ilə çıxmasına, bayrağı öpməsinə cavab jesti kimi qiymətləndirilir.
Переглядів: 478 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]