04:04 Şəhid hərbçimiz dəfn olundu |
Şəhid atası: "Bircə onunla təskinlik tapıram ki, oğlum Vətən uğrunda ölüb" Ermənistan silahli qüvvələrinin mayın 20-də Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında qətlə yetirdiyi Azərbaycan Ordusunun kiçik çavuşu Rəhman Məmmədov bu gün Ağdamın Çullu kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində iştirak edən şəhidin atası qəhərləndiyindən ANS-in mikrofonuna danışa bilməyib. O, yalnız bu cümlələri deyə bildi: "Bircə onunla təskinlik tapıram ki, oğlum Vətən uğrunda ölüb. Onunla fəxr edirəm" Dəfn mərasimində R. Məmmədovun əsgər yoldaşları da iştirak edib. Qeyd edək ki, Məmmədovlar ailəsi əslən Ağdamın işğal altında olan Maqsudlu kəndindən olsalar da Bərdə rayonunda məskunlaşıblar. Ağdam rayonunun cəbhə xəttində yerləşən Orta Qərvənd kəndinin sakinlərinin ANS-in müxbirinə verdiyi məlumata görə, dünən ermənilər mövqelərimizə doğru iki dəfə snayper atəşi açılıb. Nəticədə Azərbaycan ordusunun hərbi qulluqçusu Rəhman Məmmədov boğazından aldığı güllə yarasından şəhid olub. Allah rəhmət eləsin! |
|
Всього коментарів: 0 | |