Головна » 2011 » May » 16

Azərbaycanın "Eurovision" təmsilçiləri və onları müşayiət edən nümayəndə heyəti artıq Vətənə dönüblər. 


Azərbaycana "Eurovision 2011"də qələbə yaşadan Eldar Qasımov və Nigar Camal onları müşayiət edən nümayəndə heyəti ilə birlikdə bu gün səhər saat 6 radələrində Vətənə dönüblər. Qaliblərimiz üçün AZAL tərəfindən xüsusi təyyarə ayrılıb. Bundan başqa, təyyarədə AZAL tərəfindən qaliblərimiz üçün hazırlanmış tort kəsilib.

Hava limanında "Eurovision” qaliblərini qarşılamağa yüzlərlə insan toplaşıb, bu səbəbdən hətta yollarda tıxac yaranıb. İnsanların əllərində Azərbaycan və Türkiyə bayraqları dalğalanıb, avtomobillərin üzərinə Azərbaycan bayraqları sərilib.

Baxılıb: 553 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 16.05.2011 | Müzakirələr (0)