Головна » 2011 » May » 24

Mayın 19-22-də Rumıniyanın Qorj vilayətində 31-ci Beynəlxalq Tudor Argezi Ədəbiyyat Festivalı keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-dan alınan məlumata görə, rumın ədəbiyyatının ən böyük klassiklərindən hesab olunan şair Tudor Argezinin (1880-1967) xatirəsinə edilən festival bu ölkə Yazıçılar Birliyinin himayəsi altında təşkil olunur.

Builki festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Türkiyə, Almaniya, Yunanıstan, Serbiya nümayəndələri də iştirak ediblər. Mayın 22-də şairin Tırqu Karbuneşt şəhərində yerləşən ev muzeyində keçirilən laureatların qala mərasimi zamanı Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, "Pen-Klub”un rəhbəri Çingiz Abdullayev ədəbiyyat sahəsindəki uğurları, eləcə də Rumıniya-Azər ... Ardı»
Baxılıb: 516 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.05.2011 | Müzakirələr (0)



Qeyri-adi texnikadan həm fövqəladə hallarda, həm də tibb sahəsində istifadə etmək olar

Heç uçan maşın görmüsünüz? Görməyənlərin diqqətinə çatdırırıq ki, Sumqayıt şəhər sakini Şahlar Şükürov uçan maşın ixtira edib. Onun sözlərinə görə, ixtirası bir çox dünya ölkələrini heyran qoyacaq.

Bəlkə də bu çoxlarına qəribə gəlir, amma avtomobilin başındakı pərlər onun havaya qalxmasına yardım edə bilər. Bu ixtiranın ərsəyə gəlməsinə düz 5 ilini sərf edən Şahlar Şükürov aidiyyatı qurumlardan icazə alaraq yeni texnikasını bir dəfə göyə də qaldırıb. Uzun illər polis mayoru işləyən Şahlar Şükürov bu icadını təqaüdə çıxandan sonra edib. Torpaqlarımızın hələ də düşmən tapdağında olması onun hərbi sənayemiz üçün nəsə etmək arzusunu artırdığından Şahlar Şükürov səmada səssiz hərəkət edən bu vasitəni hazırlamağa na ... Ardı»
Baxılıb: 453 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.05.2011 | Müzakirələr (0)