Головна » 2011 » May » 07


Indi internet vasitəsilə də öpüşə biləcəksiniz

Yaponlar öz ixtiraları ilə dünyanı heyrətləndirməkdə davam edirlər. Gündoğan ölkənin sakinləri bu dəfə internet istifadəçiri üçün "fransız öpüşü" hazırlayıblar.

Belə ki, Yaponiyanın Elektrokommunikasiya Universitetinin alimləri ixtira etdikləri xüsusi qurğu sahəsində internet vasitəsilə istədiyiniz şəxslə öpüşə biləcəksiniz. Bu cihazın görünüşü də çox sadədir, ilk baxışdan polislərin spirtli içkilər əleyhinə istifadə etdikləri alkotestə bənzəyir. Kiçik qutu mühərrik və ondan çıxan balaca plastik borucuqdan ibarətdir. Onun işləmə mexanizmi isə belədir: istifadəçi dili ilə cihazın borucuğuna toxunur, proqram isə borucuğun hərəkətini təhlil edərək onu digər kompüterə qoşulmuş analoji cihaza ötürür, nəticədə qarşı tərəfdə olan şəxsin borucuğu onun ağız boşluğunda tərpənərək öp ... Ardı»
Baxılıb: 470 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 07.05.2011 | Müzakirələr (0)



Vaqif Əsədov: "Avtomobilləri yüksək sürətlə idarə edərək, açıq-aşkar cəmiyyətə hörmətsizlik etməyiniz yetər".Sonda meydanda yol polisi qalib gələcək.


Bunu deyən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov gecə vaxtı paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq edən sürücülərə ismarıc göndərdi. Onun sözlərinə görə, yol polisinə meydan oxuyan 20-30 yaş arasındakı avtoxuliqan gənclər bilməlidir ki, son nəticədə yol polisi qalib gələcək. "Ona görə də, avtomobilləri yüksək sürətlə idarə edərək, açıq-aşkar cəmiyyətə hörmətsizlik etməyiniz yetər. Bu istiqamətdə daha güclü təsirə malik tədbirlər həyata keçirəcəyik. Vətəndaşların həyatını real təhlükə altına atan bütün sürücülərin haqqında inzibati qaydada tədbirlər görüləcək”, - ... Ardı»
Baxılıb: 426 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 07.05.2011 | Müzakirələr (0)