Головна » 2011 » Yanvar » 30

Bu il ötən illərdə təqdim olunan bəzi modellərin satışa çıxarılması planlaşdırılır

Dünya iqtisadiyyatı üçün o qədər də uğurlu olmayan 2009 və 2010-cu ildən sonra, 2011 avtomobil sənayesində bir çox yeniliklər vəd edir. Bu il ötən illərdə təqdim olunan bəzi modellərin satışa çıxarılması planlaşdırılıb.

2009-cu ildə "Mini" şirkəti 50 illiyini qeyd edib. O, zaman şirkət özünün iki yerlik "Mini Coupe"ni təqdim etdi. 2011-ci ildə bu yeniliyin satışa çıxacağı gözlənilir. Onda "Mini" xəttinin ən güclü mühərriki quraşdırılacaq. 211 at gücündə olacaq maşın 6,5 saniyəyə 100 km sürət yığa biləcək. Qiymət isə hələlik bəlli deyil.

2010-cu ildə Los Anceles avtosalonlarında təqdim olunan dünyada ilk kros kabriolet olan "Nissan Murano Cabrio" bu yaz satışa çıxacaq. Onun qiyməti isə 46 000 dollardan başlayacaq.

Bu ilin ən çox ... Ardı»
Baxılıb: 603 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 30.01.2011 | Müzakirələr (0)

Əks cinsin nümayəndəsi ilə münasibətlərdə nəyə fikir vermək lazımdır


Bunu hər bir xanım bilir: Sevdiyin oğlana heç bir halda keçmiş sevgilini xatırlatmamalısan. Buna baxmayaraq, münasibətlər həmişə yağ kimi getmir.ANS PRESS "Aysel" jurnalına istinadən xəbər verir ki, qızlara 8 qızıl qayda və qadağa barədə məlumat verir.

1. Futbola onun dostları ilə birlikdə bax
Əgər gününün yarısını sənə maraqsız olan futbola (voleybol, xokkey və ya digər matça) baxsan, bu onu sübut edəcək ki, səninlə ünsiyyət qurmaq asandır. Partnyorun onun tanışları ilə dostlaşmaq cəhdini qiymətləndirəcək.
Qadağa: Ucadan gülmə, pivə içmə və ədəbsiz zarafatlar etmə. Partnyorun dostlarının yanında əsl maço kimi görünmək istəyir. Odur ki, davranışlarına diqqət yetir. Artıq hərəkət münasibətlərinizə son qoya ... Ardı»

Baxılıb: 594 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 30.01.2011 | Müzakirələr (0)

Amerikalı mütəxəssislər ana bətnində olan dölə kök hüceyrə köçürüblər

Kaliforniya Universitetinin alimləri ana bətnində olan uşaqda qan xəstəliyinin müalicə üsulunu tapıblar.
"newsru.com" verdiyi məlumata görə, bunun üçün onlar hamilə qadının iliyindən nümunə götürərək onu inkişaf etməkdə olan dölə inyeksiya ediblər. 

Dölün qanının 10 faizi ananın qan hüceyrələrindən ibarət olduğu üçün maneə yaranmayıb. Körpənin immun sistemi donor hüceyrələri özününkü sanaraq asanlıqla qəbul edib.

Qeyd edək ki, bu, insan üzərində keçirilən ilk belə əməliyyat olub. Buna kimi dölün kök hüceyrə ilə müalicə üsulu yalnız heyvanların üzərində sınaqdan keçirilmişdi. Mütəxəssislərin sözlərinə görə, bu üsul bir sıra genetik xəstəliklərlə mübarizədə kömək edəcək. Bu həmçinin ölümcül dərəcədə ağır olan qan xəstəliklərinin ... Ardı»
Baxılıb: 553 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 30.01.2011 | Müzakirələr (0)

Yeni aparılan araşdırma 2030-cu ildə müsəlmanların əhalinin 26,4 faizini təşkil edəcəyini ortaya çıxarıb


Dünyadakı müsəlmanların sayı qarşıdan gələn 20 il ərzində 35 faiz artacaq. Bu, "Müsəlman əhalinin gələcəyi: 2030 öncədəngörmə" hesabatında əks edilib. ANS PRESS CNN Türk-ə istinadən verdiyi məlumata görə, hesabat "Pew" Araşdırma mərkəzi, din və ictimai həyat forumu tərəfindən hazırlanıb. Sənəddə ötən il 1,6 milyard olan müsəlmanların sayının 2030-cu ildə 2,2 milyarda çatacağı qeyd edilir. Əgər dünya əhalisinin sayının adıçəkilən ildə 8,3 milyard olacağını nəzərə alsaq, müsəlmanlar onların 26,4 faizini təşkil edəcək.

Avropada hazırda 44 mln 138 min müsəlman var ki, 2030-cu ildə bu rəqəm 58 mln 209 mln olacaq. Köçlərlə bağlı olaraq, müsəlman əhalinin ən böyük artımı qərbi və şimali Avropada müşahid ... Ardı»

Baxılıb: 553 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 30.01.2011 | Müzakirələr (0)

Artıq klassik makiyaja çevrilən qırmızı dodaq boyası bu mövsüm yenidən dəbdədir. Qırmızı pomadanın üstünlüyü ondadır ki, dodaqda çox qalır və yayılmır. Həm mat, həm də parıltılı qırmızı boyadan istifadə etmək olar. Dodaq boyasının üstündən vurulan parıltı isə dodaqları daha həcmli və seksual edir.

Onu vurmamışdan əvvəl dodaqlarınızı gigiyenik pomada, balzam və ya nəmləndirici kremlə yumşaldın və tonal krem çəkin. Belədə dodaq boyası daha gözəl görünəcək və dodaqda çox qalacaq. Qırmızı dodaq boyası sizi əsl gözələ çevirə bilər. Ən əsası qırmızının çalarını düzgün seçməkdir. ANS PRESS "Aysel" jurnalına istinadən oxucularını boyadan düzgün istifadə ilə tanış edir.

Ənliyi qırmızı çalara uyğun seçə bilərsiniz. Göz üçün karandaş və tuş isə qara rəngdə olmalıdır. Əgər qırmızı dodaq boyasından istifadə etməyi planlaşdırırsınızsa, aktual və dəbli ... Ardı»
Baxılıb: 722 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 30.01.2011 | Müzakirələr (0)

Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində cüdo üzrə Dünya Kuboku yarışlarına start verilib. ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günü 12 azərbaycanlı cüdoçu medallar uğrunda mübarizəyə qoşulub. 


Öz çəki dərəcəsində turnirdə qalib gəlməyə ən real namizəd olan İlqar Müşkiyev (60 kq) ilk döyüşünü qələbə ilə başa vurub. İdmançımız prinsipial döyüşdə erməni rəqibi Qriqor İvanyan üzərində qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Baxılıb: 595 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 30.01.2011 | Müzakirələr (0)