Головна » 2011 » Yanvar » 30 » Bu il ötən illərdə təqdim olunan bəzi modellərin satışa çıxarılması planlaşdırılır
12:44
Bu il ötən illərdə təqdim olunan bəzi modellərin satışa çıxarılması planlaşdırılır

Bu il ötən illərdə təqdim olunan bəzi modellərin satışa çıxarılması planlaşdırılır

Dünya iqtisadiyyatı üçün o qədər də uğurlu olmayan 2009 və 2010-cu ildən sonra, 2011 avtomobil sənayesində bir çox yeniliklər vəd edir. Bu il ötən illərdə təqdim olunan bəzi modellərin satışa çıxarılması planlaşdırılıb.

2009-cu ildə "Mini" şirkəti 50 illiyini qeyd edib. O, zaman şirkət özünün iki yerlik "Mini Coupe"ni təqdim etdi. 2011-ci ildə bu yeniliyin satışa çıxacağı gözlənilir. Onda "Mini" xəttinin ən güclü mühərriki quraşdırılacaq. 211 at gücündə olacaq maşın 6,5 saniyəyə 100 km sürət yığa biləcək. Qiymət isə hələlik bəlli deyil.

2010-cu ildə Los Anceles avtosalonlarında təqdim olunan dünyada ilk kros kabriolet olan "Nissan Murano Cabrio" bu yaz satışa çıxacaq. Onun qiyməti isə 46 000 dollardan başlayacaq.

Bu ilin ən çox gözlənilən yeniliklərindən biri də ölçüsü kiçik, lüksü böyük olan "Cygnet"dir. "Aston Martin" ildə 1000-2000 ədəd bu maşından hazırlamağı düşünür. Avtomobilin satışı ilin sonunda 30-50 min avrodan başlayacaq.

Ötən iL Parisdə keçirilən sərgidə "Porsche" eksklüziv yeniliyi olan "Porsche 911 Speedster" təqdim etdi. Avtomobil 3,8 litr həcmində, 408 at gücündə olan mühərriklə təhciz edilib.

Britaniya konserni "Jaguar"öz tarixində ilk zirehli maşını olan "Jaguar XJ Sentinel" təqdim edir. Ekspertlər artıq onu "lüks sinif tankı" adlandırmağa başlayıblar. Bu versiya mina partlayışına, Kalaşnikov gülləsinə, hətta 15 kq trotil partlamasına da dözümlü olacaq. 8 silindrli mühərrik 385 at gücündədir. O, saatda 195 km sürətlə hərəkət edə biləcək.

"Infiniti M Hybrid" ilin daha bir yeniliyi həm 3,5 litrlik benzin, həm də elektrik mühərrik ilə təchiz edilib.

İlin ən balaca, ən yaşıl, ən yüngül avtomobili isə "Land Rover" ailəsindəndir. "Evoque" adlı maşın ötən il Londonda təqdim edilib. Mühərrikinin gücü komplektlikdən asılı olaraq 150,190 və ya 240 at gücüdür. İlkin qiymətinin 30 min avrodan başlayacağı ehtimal edilir.

"Audi Q3" bu il benzin və dizellə işləyən, mühərriki 142 -dən 211 at gücünə kimi modelini təqdim edəcək. Ekomomik rejimdə maşın 100 km-ə 6 litr yanacaq sərf edəcək. Bir ilə 80 min maşın istehsal etməyi düşünür.

"Mercedes-Benz CLS 2011" CLS kupe-sedanının ikinci nəsli 2011-ci ilin əvvəllərində satışa çıxacaq. Avtomobil həm dizel, həm də benzinlli mühərriklə təchiz ediləcək. Onun gücü 204-dən 306 at gücünə kimi olacaq. Artıq Almaniyada satışa çıxmağa başlayan avtomobilin qiyməti 60 min avrodan başlayır.

"Bentley Continental GT 2011" əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayıb. Onun ölçüsü həm eninə, həm də uzununa bir az böyüyb. "Continental GT 2011"in 8 silindrli mühərriki var. O zərərli tullantıları 40 faiz azaldır.
Переглядів: 561 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]