Головна » 2011 » Yanvar » 30 » Doğulmayan körpə əməliyyat edildi
12:30
Doğulmayan körpə əməliyyat edildi

Amerikalı mütəxəssislər ana bətnində olan dölə kök hüceyrə köçürüblər

Kaliforniya Universitetinin alimləri ana bətnində olan uşaqda qan xəstəliyinin müalicə üsulunu tapıblar.
"newsru.com" verdiyi məlumata görə, bunun üçün onlar hamilə qadının iliyindən nümunə götürərək onu inkişaf etməkdə olan dölə inyeksiya ediblər. 

Dölün qanının 10 faizi ananın qan hüceyrələrindən ibarət olduğu üçün maneə yaranmayıb. Körpənin immun sistemi donor hüceyrələri özününkü sanaraq asanlıqla qəbul edib.

Qeyd edək ki, bu, insan üzərində keçirilən ilk belə əməliyyat olub. Buna kimi dölün kök hüceyrə ilə müalicə üsulu yalnız heyvanların üzərində sınaqdan keçirilmişdi. Mütəxəssislərin sözlərinə görə, bu üsul bir sıra genetik xəstəliklərlə mübarizədə kömək edəcək. Bu həmçinin ölümcül dərəcədə ağır olan qan xəstəliklərinin müalicəsində də işə yaraya bilər.
Переглядів: 553 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]