Головна » 2011 » Yanvar » 30 » Müsəlmanların sayı artır
12:24
Müsəlmanların sayı artır

Yeni aparılan araşdırma 2030-cu ildə müsəlmanların əhalinin 26,4 faizini təşkil edəcəyini ortaya çıxarıb


Dünyadakı müsəlmanların sayı qarşıdan gələn 20 il ərzində 35 faiz artacaq. Bu, "Müsəlman əhalinin gələcəyi: 2030 öncədəngörmə" hesabatında əks edilib. ANS PRESS CNN Türk-ə istinadən verdiyi məlumata görə, hesabat "Pew" Araşdırma mərkəzi, din və ictimai həyat forumu tərəfindən hazırlanıb. Sənəddə ötən il 1,6 milyard olan müsəlmanların sayının 2030-cu ildə 2,2 milyarda çatacağı qeyd edilir. Əgər dünya əhalisinin sayının adıçəkilən ildə 8,3 milyard olacağını nəzərə alsaq, müsəlmanlar onların 26,4 faizini təşkil edəcək.

Avropada hazırda 44 mln 138 min müsəlman var ki, 2030-cu ildə bu rəqəm 58 mln 209 mln olacaq. Köçlərlə bağlı olaraq, müsəlman əhalinin ən böyük artımı qərbi və şimali Avropada müşahidə ediləcək. Xüsusilə Avstriya, İsveç, Belçika, Fransa İslam dininə sitayiş edənlərin sayının artacağı ölkələrin siyahısındadır.

ABŞ-ın müsəlman əhalisi isə 2,5 dəfə artacaq. Ötən il 2,6 mln olan müsəlman əhali 19 il sonra 6,2 milyona çatacaq.

Dünyada müsəlman əhalinin qeyri-müsəlmanlara nisbətən daha sürətlə artmasına səbəblər arasında doğum səviyyəsinin artması, erkən yaşda ana olmaq, səhiyyə və iqtisadi irəliləyişlə bağlı olaraq uşaq ölümlərinin azalması, orta ömür göstəricisinin artması göstərilir.

Переглядів: 553 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]