12:19 Cüdoçumuz erməni rəqibini diz çökdürdü |
Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində cüdo üzrə Dünya Kuboku yarışlarına start verilib. ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günü 12 azərbaycanlı cüdoçu medallar uğrunda mübarizəyə qoşulub. Öz çəki dərəcəsində turnirdə qalib gəlməyə ən real namizəd olan İlqar Müşkiyev (60 kq) ilk döyüşünü qələbə ilə başa vurub. İdmançımız prinsipial döyüşdə erməni rəqibi Qriqor İvanyan üzərində qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. |
|
Всього коментарів: 0 | |