Головна » 2011 » Yanvar » 30 » Qızların qızıl qaydası
12:37
Qızların qızıl qaydası

Əks cinsin nümayəndəsi ilə münasibətlərdə nəyə fikir vermək lazımdır


Bunu hər bir xanım bilir: Sevdiyin oğlana heç bir halda keçmiş sevgilini xatırlatmamalısan. Buna baxmayaraq, münasibətlər həmişə yağ kimi getmir.ANS PRESS "Aysel" jurnalına istinadən xəbər verir ki, qızlara 8 qızıl qayda və qadağa barədə məlumat verir.

1. Futbola onun dostları ilə birlikdə bax
Əgər gününün yarısını sənə maraqsız olan futbola (voleybol, xokkey və ya digər matça) baxsan, bu onu sübut edəcək ki, səninlə ünsiyyət qurmaq asandır. Partnyorun onun tanışları ilə dostlaşmaq cəhdini qiymətləndirəcək.
Qadağa: Ucadan gülmə, pivə içmə və ədəbsiz zarafatlar etmə. Partnyorun dostlarının yanında əsl maço kimi görünmək istəyir. Odur ki, davranışlarına diqqət yetir. Artıq hərəkət münasibətlərinizə son qoya bilər.

2. Sevimli komandasının oyununa bilet al
Pərəstiş etdiyi komanda və ya qrupun oyununa iki bilet alsan, bu addımın onun tərəfindən yüksək qiymətləndiriləcək. Və mütləq bunun qarşılığını alacaqsan.
Qadağa: Ona daha bir sviter hədiyyə etmə. Çünki paltarları kifayət qədərdir. Qadınlardan fərqli olaraq kişilər geyim əşyası hədiyyə almağı sevmirlər. Belə hədiyyəni, adətən analar oğullarına etdiyindən, sən də onda qayğıkeş ana obrazı yarada bilərsən. Bu isə yaxşı qarşılanmır.

3.Boyunbağını unut
Özünü elə apar ki, hansısa bəzək əşyanı (qolbaq, üzük, boyunbağı və s.) onun evində unutmusan. Partnyorun hər dəfə bu əşyanı görəndə səni xatırlayacaq.
Qadağa: Diş fırçanı heç zaman unutma. Vanna otağında unudulmuş diş fırçası və ya başqa ləvazimat onu qorxuda bilər. Partnyorun sənin hadisələri sürətləndirmək istədiyini sanacaq.

4."Dünən gecə əla idi. Bu gün təkrarlayaq?"
Bu tipdə qısa sms-lər onu maraqlandıracaq - o, yalnız növbəti görüş barədə düşünəcək.
Qadağa: Uzun sms-lər yazma. Partnyorun üçün ismarış - ünsiyyətin sürətli formasıdır. Uzun mətnlər onu darıxdıra bilər.

5. Yanağından öp
Gəzinti zamanı onun yanağından öpsən və ya əlindən tutsan onun üçün çox xoş olacaq, dostlarının yanında da qürurlanacaq.
Qadağa: Ona yaslanma, çünki insanlar arasında oğlanlar sərt görünmək istəyirlər. Əgər həmişə onun dizində otursan, onu "dovşanım" deyə əzizləsən, o, əsəbiləşəcək və özünü narahat hiss edəcək.

6. Zərif rəngli alt paltarı geyin
Ağ və ya pastel çalarlı alt paltarı sevdiyiniz oğlanda sənin zərif və incə olduğun barədə hiss yaradacaq.
Qadağa: çətin soyunulan paltar geyinmə. Çoxlu sayda iplər, düymələr, əlbəttə ki, yaxşı görünür, amma partnyorun onları açana qədər hövsələsini itirə bilər.

7. Valideynlərinə özün bişirdiyin şirniyyatı apar
Onun valideynlərigilə qonaq gedəndə özün hazırladığın şirniyyatı apar. Bu, onlar üçün çox xoş olacaq. Bundan başqa, anası sevinəcək ki, gələcək gəlini biş-düşü yaxşı bacarır.
Qadağa: Ekzotik rəngli güllər və ya qiymətli hədiyyələr bağışlamaq yaxşı qarşılanmır. Çünki qeyri-adi gülləri görən anası onları hara qoyacağını bilməyəcək və ya bahalı hədiyyəni görən valideynlər özlərini narahat hiss edəcəklər.

8.İstirahətə yollanın
Dağlara və ya tropik adaya gedin. Birlikdə snoubordla və ya serfinqlə məşğul olmaq münasibətləri təzələyir, hisslərə yeni çalarlar qatır.
Qadağa: Məzuniyyətinizi yaxınlıqdakı moteldə keçirməyin. Səhərlər qəhvə içərkən bir-birinizə kədərlə baxacaqsınız, heç nə etməmək sizə romantik gəlsə də, partnyorun səninlə darıxa bilər.

Переглядів: 594 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]