16:53 62 yaşlı qadın Kubadan Floridaya üzəcək |
Diana Nayad adlı üzgüçü 60 saat dayanmadan üzməli olacaq Amerikalı üzgüçü Diana Nayad dənizlə Kuba və Florida arasındakı məsafəni
qət etməyə 2-ci dəfə cəhd edəcək. 62 yaşlı qadın Kubanın paytaxtı
Havanadan 165-kilometrlik, 60-saatlıq səfərə yollanıb. Üzgüçü 1979-cu
ildə elə özünün qeydə aldığı rekordu təzələməyə çalışır. Həmin vaxt
Diana Nayad Baham adalarından Floridaya üzmüşdü. Üzgüçü hazırda həmin
səyahətdəkindən daha yaxşı formada olduğunu deyir. Üzgüçüyə köpək balıqlarını uzaq tutacaq, elektrik cərəyanı ilə təchiz edilmiş xüsusi aparat bağlanacaq. Diana Nayadı qayıqla müşayiət edən köməkçilərə isə ona yemək, dərman yaxud yeni çimərlik paltarı vermək qadağan olunub. Qeyd edək ki, yaşlı üzgüçü avqustun 9-da Kuba-Florida dəniz səyahətini reallaşdırmağa çalışsa da, astma tutması səbəbindən 29 saatdan sonra sudan çıxmışdı. |
|
Всього коментарів: 0 | |