Головна » 2011 » Sentyabr » 25 » Bekhemin ölüm xəbəri fanatları şoka saldı
17:06
Bekhemin ölüm xəbəri fanatları şoka saldı


"Associated News”: " Bekhem maşını ağaca vurub və nəticədə dünyasını dəyişib”"

Zaman-zaman məşhur adamların yalandan ölüm xəbərini yayan ABŞ-ın "Associated News” nəşri, bu dəfə "Los-Anceles Qalaksi”nin ingilis futbolçusu 36 yaşlı Devid Bekhemın yol qəzasında öldüyünə dair xəbər verib. Məlumata görə, sayt yazır ki, Bekhem dostu ilə birlikdə yol qəzasında həlak olub.

"Dostunun avtomobilini idarə edən məşhur futbolçu maşını sürət həddinin 90 km/saat olduğu prospektdə 150 km/saat sürətlə sürüb. Devid Bekhem idarəetməni itirdiyindən maşını ağaca vurub. Nəticədə məşhur futbolçu dünyasını dəyişib”, - deyə nəşr yazıb.

Bu xəbəri futbolçunun fanatlarını şoka salıb. Lakin sonradan ölüm xəbərinin yalan olduğu ortaya çıxıb. Çox keçmədən Devid Bekhemin həmin dəqiqələrdə Alajuelense komandası ilə futbol oynadığı məlum olub. Halbuki, Devid Bekhemin torpağa tapşırılacağı saat da yazılmışdı.

Qeyd edək ki, xəbərin yalan olduğunu eşidən pərəstişkarlar xəbər saytına elektron məktublarla öz etirazlarını bildiriblər.
Переглядів: 407 | Додав: KNPS | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]