13:11 Türkiyədə “1915-i burax, 1992-yə bax” adlı sərgi açılıb |
50-dən çox fotoşəklin nümayiş olunduğu sərgi 2 gün davam edəcək Türkiyənin Kocaeli vilayətində "1915-i burax, 1992-yə bax” adlı ermənilərin Xocalıda törətdiyi vəhşiliyi nümayiş etdirən foto-sərgi açılıb. İzmit rayonu Sənət küçəsində açılan sərgini Haqq və Bərabərlik partiyası (HEPAR-Hak və Eşitlik Partisi) təşkil edib. 50-dən çox fotoşəklin nümayiş olunduğu sərgi 2 gün davam edəcək və analoji tədbir vilayətin başqa rayonlarında da keçiriləcək. Sərginin açılışında iştirak edən partiya sədrinin müavini Cazim Gürbüz hər il aprelin 24-də keçirilən qondarma erməni soyqırımı gününün beynəlxalq bir yalan olduğunu deyib: "Ermənilərin son çirkin və dəhşətli cinayəti çox yaxın bir vaxtda, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verib. Ermənilərin burda kiçik bir türk uşağının başını kəsərək futbol oynadığını bilməyən yoxdur”. Sərginin məqsədinin ictimaiyyəti məlumatlandırmaq olduğunu deyən Gürbüz HEPAR-ın seçki vaxtı belə milli məsələlərə qarşı olan həssasiyyətdən əl çəkməyəcəyini deyib. |
|
Всього коментарів: 0 | |