Головна » 2011 » Aprel » 26 » Erməni-türk dostluğunun başı qoparıldı
13:54
Erməni-türk dostluğunun başı qoparıldı

Heykəllərdən birinin baş qismi 10:12 radələrində kəsilib

Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğunun rəmzi olan "insanlıq abidəsi”nin başı qoparılıb. ANS PRESS-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər abidənin götürülməsi işlərinə başlanılıb. Heykəllərdən birinin - Qars qalasına baxanının baş qismi 10:12 radələrində kəsilib.

Heykəlin yaxınlıqdakı yola düşməsi ehtimalı ilə əlaqədar yolda avtomobillərin hərəkəti qadağan olunub. İki insan fiqurundan ibarət abidə 18 parça halında kəsiləcək.

Xatırladaq ki, "İnsanlıq abidəsi" adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgədə tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirmişdi. O, məlum abidəni "eybəcər” ("uçubə") adlandırmışdı.

Abidənin sökülməsi ilə əlaqədar məhkəmə qərarı da var.
Переглядів: 521 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]