19:07 "Eurovision" təmsilçilərimizin azərbaycanlı olduqlarına şübhə ilə yanaşdılar |
Eldar və Nigar Ukraynada yerli jurnalistlərin sual atəşinə məruz qaldılar Azərbaycanı "Eurovision 2011” Mahnı Müsabiqəsində təmsil edəcək Eldar və Nigar Ukraynanın "Komsomolskaya pravda” qəzetinin onlayn qonaqları olublar. Müsahibəni oxucularımıza təqdim edirik: - Sizin mübahisələriniz olur? Aranızda hansısa romantik münasibət var? Eldar: Hərdən mübahisələrimiz olur, ancaq bunlar da sənətlə bağlı olur. Ancaq hər şey yaxşıdır. Nigar: Biz yaxşı dostuq, həmişə bir yerdəyik. - Məşhurlardan kimi özünüzə üçüncü götürərdiz? Nigar: Cenifer Lopesi. Eldar: Kim bizimlə oxumaq istəsə, biz hamıya şad olardıq (gülür red.) - Siz özünüz hansısa ölkəyə səs verəcəksiz? Sirr deyilsə, kimə? Nigar: Çətin ki, bizim səs verməyə vaxtımız olsun. Eldar: Bu il mürəkkəb müsabiqə olacaq, yaxşı ölkələr çoxdur. Çalışırıq ki, əlimizdən gələn hər şeyi edək. - Bizim ölkədə sizin duetinizi çox az tanıyırlar. Danışın, siz necə tanış olmusuz? Niyə görə bir yerdə işləməyə qərar vermisiz? Nigar: Seçim turlarında tanış olmuşuq, biz rəqib idik. Artıq finalda münsiflər heyəti bizdən duet yaratmaq ideyasını irəli sürdü. 5 finalçı qalmışdı, 4 qız və 1 oğlan. Eldar avtomatik olaraq bu duetə düşürdü, qızlardan da məni seçdilər. -Məşhur qərb müəllifləri ilə əməkdaşlıq edirsiz? Eldar: Biz bəstəkar Stefan Orn və bizim müsabiqədə ifa edəcəyimiz mahnını sözlərini yazan Sandra Byurmanla əməkdaşlıq edirik. Ola bilərmi ki, artıq sizinlə Avropanın aparıcı prodüserləri maraqlanır? Eldar: Hal-hazırda biz "Eurovision”a hazırlaşırıq. Səhərdən axşamadək məşqlərdir. Müsabiqədən savayı heç bir çey haqqında düşünmürük. - Ukraynanın "Eurovision” yarışmasında təmsilçilərindən kimləri tanıyırsız? Nigar: Ruslananı, Ani Lorakı. Eldar: Əlbəttə, bizim ölkədə sizin ulduzların – Ani Lorakın, Tina Karolun, Vera Serduçenkanın kliplərini tez-tez verirlər. - Onlardan hansını daha çox bəyənirsiz? Higar: Ruslana və Ani Lorakı. Onlar çox enerjili, müsbət qızlardır. Bir neçə gün əvvəl Ruslana ilə tanış olduq. Çox səmimi qızdır. Hələ ki, başqa heç kimlə görüşməmişik. - Bizim ölkədə "Eurovision”un milli seçimləri qalmaqallarla müşahidə olunur. Sizin ölkədə necədir? Bu il güclü rəqibləriniz var idi? Eldar: Milli seçimlər üçün 70 nəfər seçmişdilər. Kastinq 3 ay davam etdi. İştirakçılar hər həftə mahnılarını, sadəcə mahnılarını deyil, nömrəyə hazırlanmış şou nümayiş etdirməli idilər. Güclü rəqabət var idi. Nigar: İstedadlı ifaçılar çox idi. Eldar: İnam güclü olanda hər şey alınır. Nigar: Arzular həmişə reallaşır (gülür. Red ) - Necə hesab edirsiz, sizcə qələbə qazanmanızda nə kömək oldu? Nigar: İnam və Allah Eldar: Və özünə inam. Mən evə gələndə atam soruşurdu, işlərim necədi. O mənim çıxışımı dəyərləndirirdi. İlk gündən hiss edirdim ki, hər şey yaxşı olacaq. Ən əsası inanmaq və çalışmaqdır. Nigar: Mən özüm 7 sentyabrda doğulmuşam. Belə çıxır ki, "7” mənim ən xoşbəxt rəqəmimdir. Çıxışım yeddinci həftəyə təsadüf etdi. Bu rəqəmlə bağlı çox işarələr olurdu. Finala düşəcəyimə inanırdım. Yeddilik mənə həmişə uğur gətirib. - Siz bizim Mika Nyutonla tanışsız? Necə hesab edirsiz, bizim üçlüyə düşmək şansımız var? Onun yaradıcılığı haqqında nə düşünürsən? Eldar: Onun mahnısını eşitmişəm, çox gözəldir. Nigar: Hər bir iştirakçının şansı var. Eldar: İndi proqnoz vermək çətindir. "Eurovision” gözlənilməzliklərlə dolu müsabiqədir. - Elan edəndə ki, Sizi Azərbaycanın "Eurovision 2011” təmsilçisi elan edəndə hansı hissləri keçirdiz? Nigar: Biz səhnə arxasında çığırırdıq (gülür). Eldar: Əvvəl mənim, sonra isə Nigarın adını çəkdilər. Biz atlanıb-düşürdük (gülür). Mənim arxivdə fotoşəkilim var, sadəcə orada bizim üzümüzü görmək lazımdır. - Ilk olaraq Azərbaycan xalqına "Eurovision”da uğurlar arzulayırıq. Biz sizin layiqli çıxış edəcəyinizə inanırıq və sizə azarkeşlik edirik! Siz özünüz öz şansınızı necə dəyərləndirisiniz? Bu il sizin ən baş rəqibiniz kimdir? Eldar: Biz ora yarışmağa gedirik. Qalib gəlmək istəyi hər bir iştirakçı da var. Ancaq bizim üçün ən vacibi ölkəmizi layiqincə təmsil etməkdir. Nigar: Biz idmançı deyilik. Bizim məqsədimiz ölkəmizi layiqincə təmsil etmək və Avropanı necə oxumağımızla tanış etməkdir. - Müsabiqəyə, qələbəyə necə hazırlaşırsız? Nigar: Biz çox məşq edirik. Hər gün öz üzərimizdə işləyirik. Kənardan elə görünə bilər ki, biz çıxdıq oxuduq vəssalam. Çəkilişlərdə səhər 4-də oyanırdıq, sutka ərzində bir-neçə saat yatmağa vaxtımız olurdu. Eldar: Vokalla məşğul oluruq, aktyor ustalığını öyrənirik, xoreoqrafiya məşqlərimiz olur. - Mahnınız qəşəngdir. Dekorasiya necə olacaq, çıxışda necə şou göstərəcəksiz? Eldar: Bir az gözləyə bilərsiz? Bir neçə gündən sonra hər şeyi görəcəksiz...Mahnı məhəbbət haqqındadır, gözəldir. Nigara baxın, çıxışımız onun kimi gözəl olacaq. Nigar: Eldar isə daha məlahətli olacaq. - Sizə uğur gətirən hansısa bir talismanınız varmı? Nigar: Mən özümlə qızlarımın şəkillərini və "Allah” yazılmış nişan gəzdirirəm. Eldar: Məndə isə balaca açardır. Və hər dəfə səhnəyə çıxanda dua edirəm. - Eldar, səni gözləyən biri var? Nigar: Mən – yanındayam (gülür) Eldar: Məni valideynlərim gözləyir. Təəssüf ki, rəfiqəmlə ayrılmışıq. - Nigar, bildiyimizə görə iki qızınız var. Uşaqların ayrılığına necə dözürsən? Nigar: Çox çətin. Onlarla həmişə "Skayp”la danışırıq. Bu mənə kömək edir. Son həftə isə kompüterim xarab olub. Allah qismət eləsə onları Düsseldorfda görəcəm. - Əzizlərinizlə uzun müddət görüşə bilməmək sizin üçün nədir? Nigar: Mənə çox çətindir. Qızlarımın yanımda olmasına öyrəşmişəm. Anamdan, uşaqlarımdan və həyat yoldaşımdan ayrı qalmaq çətindir. Həyat yoldaşım uşaqlarla Kiyevə gəlmişdi, ancaq bu azdır. Eldar: Ağırdı. Hər gün telefonla danışırıq, ancaq bu bəs eləmir. - "Eurovision” İrəvanda keçirilsəydi ora gedərdiz? Eldar: Biz bütün ölkələrdən dəvət gözləyirik. Musiqi, incəsənət milli məsələlər deyil. Biz hər yerdə konsert verməyə şad olardıq. - Siz niyə milli elementli mahnı seçməmisiz, və yaxud da niyə Azərbaycan dilində oxumursuz? Nigar: "Eurovision" etnik müsabiqə deyil. İş orasındadır ki, bizə təqdim edilən mahnıların içindən ən xoşagələni budur. Eldar: 70-ə yaxın mahnının içində bu mahnını ilk akkordlarından sevdik. Bizə ikiqat xoşdur ki, bu müəlliflər ötən ilki müsabiqədə Səfurə üçün də mahnı yazıblar. - Sizcə qalib gəlsəniz Azərbaycan müsabiqəni qəbul etməyə hazırdı? - (Xorla) Əlbəttə. Nigar: Bizim gözəl şəhərimiz var! - Adlarınızı bir də dəyişməyəcəksiz? El və Niki yoxsa elə Eldar və Nigar qalacaq? Nigar: Pasportda olduğu kimi Eldar və Nigar qalmağa qərar verdik. Eldar: Sadəcə dostlar bizi qısaldılmış formada El və Niki çağırır. - Sizin rəqqaslarla şəklinizi gördüm. Doğrudanmı siz onlarla bir səhnədə olacaqsız? Xatırladaq ki, Səfurə axmaq rəqs nömrəsinə görə 5-ci yeri tutdu! Nigar: Səfurənin nömrəsi mənim çox xoşuma gəlmişdi. Eldar: Çox gözəl nömrə idi. Amma bu sizin fikrinizdi. Hər halda çalışacağıq ki, hər şey gözəl alınsın. - Siz niyə azərbaycanlılara oxşamırsız? Eldar: Məgər biz oxşamırıq? Nigar: Mən təmiz azərbaycanlıyam. Eldar: Düzün deyirik, biz azərbaycanlıyıq. |
|
Всього коментарів: 0 | |