Головна » 2011 » Sentyabr » 30 » Tualetdən 130 milyon dollar tapıldı
19:16
Tualetdən 130 milyon dollar tapıldı

Bu, Yaponiyada olub...
Yapon şəhəri Sakadonın meriyasında bir kişi 130 milyon dollar məbləğində pulu tualetə qoyub. Naməlum filantrop "Mən tənha insanam, xahiş edirəm bu pulları Toxoku sakinlərinə verin", mətnli məktubu pul olan paketin içinə qoyub. 

Sakado meriyası bir az gözləmək niyyətindədir. Əgər xeyriyyəçi üzə çıxıb pulu geri tələb etməsə bütün məbləğ Yaponiyanın Qırmızı Xaçına veriləcək.

Xatırladaq ki, 11 martda Yaponiyada 9.0 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələ nəticəsində ölkənin 561 kvadrat metr ərazisi sunami altında qalıb. 15 min insan ölüb, 8 min adam isə itkin düşüb.

126 min bina dağılıb, 260 min bina isə zədələnib. Zəlzələ və sunami "Fukusima-1" AES-də qəzaya səbəb olub və bu da özlüyündə milli miqyaslı faciə demək idi. Zəlzələnin və sunaminin Yaponiyaya vurduğu ziyan 312 milyard dollar məbləğində dəyərləndirilib.

Hələ də Yaponiya sahillərində 4.0 - 6.0 bal gücündə zəlzələlər davam edir.
Переглядів: 419 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]