Головна » 2011 » May » 13 » "Eurovision 2011"in finalında çıxış edəcək 25 ölkənin sıra nömrələri
15:55
"Eurovision 2011"in finalında çıxış edəcək 25 ölkənin sıra nömrələri


Azərbaycan Avstriyadan sonra səhnəyə çıxacaq

Sabah - 14 mayda Almaniyanın Düsseldorf şəhərində "Esprit Arena”da keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcək 25 ölkənin sıra nömrələri artıq məlumdur. ANS-in Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, dünən baş tutan II yarımfinal mərhələsindən dərhal sonra finala vəsiqə qazanan daha 10 ölkənin mətbuat konfransının ardınca püşkatma keçirilib.

Finala vəsiqə qazanmış təmsilçilərimiz Eldar və Nigar 19 nömrə altında çıxış edəcəklər. Azərbaycan Avstriyadan sonra səhnəyə çıxacaq.

Beləliklə, mayın 14-də finalda iştirak edəcək təmsilçilərin səhnəyə çıxış ardıcıllığı:

1. Finlandiya
2. Bosniya Hersovoqina
3. Danimarka
4. Litva
5. Macarıstan
6. İrlandiya
7. İsveç
8. Estoniya
9. Yunanıstan
10. Rusiya
11. Fransa
12. İtaliya
13. İsveçrə
14. Böyük Britaniya
15. Moldova
16. Almaniya
17. Rumıniya
18. Avstriya
19. Azərbaycan
20. Sloveniya
21. İslandiya
22. İspaniya
23. Ukrayna
24. Serbiya
25. Gürcüstan

Qeyd edək ki, mayın 10-u və 12-də Düsseldorf "Esprit Arena”da keçirilən yarımfinallardan qalib çıxan 20 ölkə finala birbaşa düşən Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və Almaniya ilə birlikdə yarışacaq.

Mayın 14-də baş tutacaq final konsertində 25 ölkə təmsilçisi birincilik uğrunda yarışacaq.
Переглядів: 403 | Додав: NicatKNN | Рейтинг: 1.0/1
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]