Головна » 2011 » May » 28 » "28" MAY 1918-ci il Şərqin ilk Demokratik Cumhuriyyətinin yandığı tarix!!!
03:53
"28" MAY 1918-ci il Şərqin ilk Demokratik Cumhuriyyətinin yandığı tarix!!!


Müstəqil Azərbaycan Respublikasının 93 yaşı tamam oldu!!!

Şərqdə ilk demokratik cumhuriyyət- Azərbaycan Demokratik Respublikası / 27.05.2010

Azərbaycan Demokratik Respublikası (ADR) 27 may 1918-ci ildə Tiflis şəhərindəAzərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.
Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. 
 Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən dövlət olub. İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi99908,86 km² təşkil edirdi.
1920-ci il aprelin 28-də, Azərbaycan Sovet bolşevik Rusiyası tərəfindən işğal edildi.
Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məmmədəmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.


Переглядів: 638 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 1
1 NicatKNN  
0
Allah Cumhuriyatimizi quranlara va vatan ugrunda her şeyinden keçenler rəhm etsin... aaz

Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]