Головна » 2011 » Sentyabr » 21 » Payızda hansı xəstəliklərdən qorunaq?
18:51
Payızda hansı xəstəliklərdən qorunaq?

Payızın gəlişi ilə infeksion xəstəliklərin də mövsümü başlayır. Həkim Valeh Qurbanov açıqlamasında payızda yaranan və ya kəskinləşə biləcək xəstəliklərdən danışıb. 

Mütəxəssisin sözlərinə görə, payız mövsümündə orqanizmdə xəstəliklərin yaranmasına səbəb olan bir neçə faktor var. Onlardan havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü və sürəti, eleoktromaqnit sahəsini göstərmək olar. 

"Küləyin sürəti atmosferdə təzyiqin dəyişməsi deməkdir. Təzyiq enəndə bəzi orqanizmlərdə reaksiyaların, maddələr mübadiləsinin sürətində ləngimə, bəzilərində isə sürətlənmə olur. Bu da normadan kənara çıxmaq deməkdir”, deyə V. Qurbanov qeyd edib. 

Həkimin sözlərinə görə, payızda bu cür dəyişikliklər orqanizmdə ilk növbədə tənəffüs sisteminin xəstəliklərini yarada bilər ki, bura burun, udlaq, ağız boşluğunda soyuqdəymələr, qrip və sairə aiddir. Meteoroloji şəraitin dəyişməsi, küləyin güclənməsi qan təzyiqi, ürək xəstəliyi olan insanlara da pis təsir edə bilər. Yəni atmosfer təzyiqi qan təzyiqini qaldıra bilər ki, bu da ürəkdə müəyyən problemlər yarada bilər. 

Bu mövsümdə ürək, qan damar, ağciyər, tənəffüs bronx sistemində baş verən xəstəliklər, el arasında geniş yayılmış yel, revmatik xəstəliklər arta bilər. Xüsusilə, oynaqlarla bağlı olan xəstəliklərin həm başlaması, həm də kəskinləşməsi ola bilər. Küləyin, rütubətin artması, oynaqların şişməsi, qızarmasına, kəskin iltihabına, hətta dözülməz ağrılarla müşahidə oluna bilər. 

Lakin qeyri-sabit havada qeydə alına biləcək xəstəliklər bununla bitmir. Soyuq hava mədə bağırsaq xəstəlikləri, məsələn xroniki qastrid, mədə bağırsağın və yoğun bağırsağın soyuqlaması olan şəxslərdə xəstəliklərin kəskinləşməsinə yol aça bilər. Qan azlığı xəstəliyi də meteoroji şəraitə uyğun olaraq dəyişən xəstəliklərdən biridir. 

Xüsusilə, soyuq hava şəraitində yaranan əsas xəstəliklərdən biri də qripdir. Vaxtında qarşısı alınmayan adi qrip yoluxduğu orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, qaymarit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə belə orqanizmdən tam sovrulmur. Odur ki, həkimlər qripə qarşı ehtiyatlı davranmağı məsləhət görür.

Adı çəkilən və sairə bir sıra xəstəliklərin payızda nəinki kəskinləşmək, hətta yaranmaq təhlükəsi də mövcuddur. V.Qurbanov əsas məsələnin payızda arta və yarana biləcək xəstəlikləri bilmək, eləcə də ona özünü hazırlamaqdan ibarət olduğunu deyib: "Öncədən profilaktik tədbirlər görmək lazımdır. Bu da idmanla məşğul olmaq, sağlam həyat tərzi keçirmək, normal yuxu, sinir sisteminin sakit olması və sairədir. Bütün sadalananlar orqanizmi meteoroloji dəyişikliklərə qarşı dözümlü olmağa kökləyir. 
Miokard infarkt, insult keçirən, şəkər, ürək-dan damar xəstəliyi, qan təzyiqi və sairə xəstəliyi olan şəxslərin hamısını mövsümə hazırlamaq lazımdır. Yəni onların halının pisləşməsini gözləmək lazım deyil. Xəstəliyi olanlar əvvəlcədən profilaktik müalicə kursu keçməlidirlər ki, payızı- havanın kəskin dəyişilmələri ilə müşahidə olunan dövrü rahat keçirsinlər”. 

Переглядів: 740 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]