Головна » 2011 » May » 27 » Doğulduğunuz aya görə xasiyyətinizi təyin edin
12:26
Doğulduğunuz aya görə xasiyyətinizi təyin edin

Türkiyənin "Axşam" qəzeti aylara görə özəllikləri dərc edib

İnsanın xarici görünüşü, bədən üzvləri, saçının rəngi, hətta doğulduğu aya uyğun olaraq xasiyyətini təyin etmək mümkündür. Bunun üçün isə aşağıdakıları olxumaq kifayətdir.

Yanvar 

Ciddi şəxslərdir 
Öyrənməyi və öyrətməyi, planlı, proqramlı iş görməyi sevirlər
İnsanların zəif tərəflərini üzə çıxarmağı xoşlayırlar
Çox tənqid edirlər
Çox diqqətli olsalar da, asanlıqla həyəcanlanmırlar
Romantikdirlər. Lakin sevgi etirafında çətinlik çəkirlər
Ailəsini, uşaqlarını sevən sadiq həyat yoldaşı ola bilər
Qısqancdırlar

Fevral

Dəyişkən xarakterə malikdirlər
Adətən səssiz, utancaqdırlar
Özlərinə güvənləri o qədər də çox deyil
Dürüst və azadlığı sevəndirlər
Qeyri-dəqiqlikdən xoşlanmırlar
Batil inanaclara inama meyillidirlər

Mart

Cazibədar, utancaq və qənaətcildirlər
Rahatlığı çox sevirlər
Həssas insanlardır və sevdikləri şəxsə xidmət etməkdən zövq alırlar
Onlara güvənmək olar
Yaxşı müşahidəçidirlər
Səyahət etməyi, diqqət çəkməyi sevirlər

Aprel 

Fəal və enerjilidirlər
Tez qərar verib, tez peşman olurlar
Nəzakətli, şəfqətli, məntiqli və diplomatikdirlər
İnsanlara təsəlli verməyi sevirlər
Macərapərəstdirlər, sevgilərini biruzə verməyi bacarırlar
Güclü yaddaşa malikdirlər

May

Asan əsəbləşir və tezliklə sakitləşirlər
Fiziki görünüşə önəm verirlər
Sistemlə işləməyi sevirlər
Xəyalpərəstdirlər
Evdə oturmağı o qədər də çox xoşlamırlar
Uşaqlarla yaxşı münasibət qururlar

İyun

Eyni anda bir neçə şey haqqında düşünə bilərlər
Nəzakətli və şirindildirlər
Qərar verməkdə çətinlik çəksələr də, həssas olurlar
Danışmağı sevirlər, asanlıqla dostlaşırlar
Tez inciyən və tərs olurlar

İyul

Yaxşı sirdaşdırlar
Çox qürurludurlar
Başqalarının düşüncələrinə böyük önəm verirlər
Kin saxlaya bilmirlər
Yalnızlığı sevirlər
Asan öyrənir və tez inanırlar

Avqust 

Zarafatcıl, qayğıkeşdirlər
Liderlik xüsusiyyətinə malikdirlər
Diqqət mərkəzində olmağı xoşlayırlar
Romantikdirlər
Diqqətli və tədbirlidirlər
Başqalarına yol göstərməyi sevirlər

Sentyabr 

Yaxşı natiqdirlər
Sadiq insanlardır, onlara asanlıqla güvənmək olar
Məsuliyyəti, insanların xətalarını üzlərinə vurmağı sevirlər
İdman və səyahət onların həyatının əsas hissəsidir
Hisslərini biruzə verməyi sevmirlər

Oktyabr

Söhbət etməyi, diqqət mərkəzində olmağı sevirlər
Yalançılığı, süniliyi sevmirlər
Dostlarına böyük önəm verirlər
Tez inciyib, tez barışırlar
Eqoistdirlər
Həssas olsalar da, özlərinə güvənləri tam deyil

Noyabr 

Əyləncəli insanlardır
İşləməyi, məsuliyyət almağı sevirlər
Sirr saxlamağı yaxşı bacarırlar
Yaxşı liderdirlər, yardımsevərdirlər
Sürprizləri sevirlər
Xətaları bağışlamırlar, güclü iradəyə sahibdirlər
Hamını olduğu kimi qəbul edirlər

Dekabr 
Sadiq və comərtdirlər
Zarafatcıl, sosial insanlardır
Əzmli, ancaq səbirsizdirlər
Dostlarını özlərindən daha çox düşünürlər
İnciklikləri uzun sürmür 
Sevildiklərini hiss etməyi istəyirlər
Переглядів: 663 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]