Головна » 2011 » Sentyabr » 21 » Barak Obama Ağ evdə pivə hazırlayır
18:24
Barak Obama Ağ evdə pivə hazırlayır
Prezident hərbçi qonağını "White House Honey Ale” adlanan pivəyə qonaq edib

Barak Obama növbəti dəfə tarixə düşüb. O, Ağ evdə pivə hazırlayan ilk ABŞ prezidentidir. Pivə hazırlanması üçün kiçik pivə aparatını prezident şəxsi vəsaiti hesabına alıb və quraşdırıb.

Barak Obamanın hazırladığı pivə "White House Honey Ale” adlanır və Ağ evdəki pətəklərdən toplanan baldan istifadə edilir. 

Barak Obamanın pivəsindən ilk dadan Amerikanın hərbi qəhrəmanı, serjant Dakota Meyer olub. 

Pivələrin 90 butulkadan ibarət ilk partiyasını Ağ Evdəki qəbullardan birində qonaqlara vermək istəyiblər. Lakin son anda yada düşüb ki, Barak Obamanın pivə istehsalı üçün lisenziyası yoxdur və pivələr masalardan yığışdırılıb.
Переглядів: 512 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 1
1 KAYFARIQ  
0
varliga ne darliq yox yox

Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]