Головна » 2011 » May » 27 » Bakıda 65 minlik stadionun təməli qoyulacaq
12:42
Bakıda 65 minlik stadionun təməli qoyulacaq

Təntənəli mərasim iyunun 6-da keçiriləcək

Azərbaycanda 65 min tamaşaçı tutumuna malik stadionun təntənəli təməlqoyma mərasimi keçiriləcək. 
AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, təməlqoyma mərasimi iyunun 6-da metronun "Əzizbəyov” stansiyası yaxınlığında keçiriləcək. Mərasim Azərbaycan futbolunun 100 illik yubileyi şərəfinə keçirilən tədbirlər çərçivəsində baş tutacaq. 

Stadionun təməlqoyma mərasiminə FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin də qatılacağı gözlənilir. 
Переглядів: 583 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]