Головна » 2011 » Sentyabr » 16


Saqqalı yalnız bəxti gətirməyən kişilər saxlayır.

Kişilər nədən qorxur?Bu sualın cavabını "Aysel" jurnalı tapmağa çalışıb.

Üz qırxmaqdan
Saqqalı yalnız bəxti gətirməyən kişilər və pijonlar (şıq geyinən yüngülxasiyyət gənc) saxlayır. Birincilər bunu emosiyalarını gizlətmək üçün edir, ikincilər isə onu bahalı daş-qaş kimi əzizləyirlər. Bir də var sifətində az tük olan kişilər, bu onların problemi olduğundan və xarici görünüşünə vaxt ayıra bilmədiyindən xəbər verir. Bu, yeganə səbəbdir ki, onlara bəraət qazandıra bilər. Əslində, üz qırxmamaqda heç bir müsbət cəhət yoxdur. Yeri gəlmişkən, qadın üçün nəzərdə tutulan ülgüclər istifadədə daha rahatdır. Və yalnız soyuq geli üzə vurandan sonra insana xoş gəlir: beləliklə, gün başladı!

Qıza vurulmaqdan
Bu çox təhlükəlidir. Lakin təhlükəli o ... Ardı»
Baxılıb: 480 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 16.09.2011 | Müzakirələr (0)



Egemen Bağış Şimon Peres danışarkən konfrans salonunu tərk edib.

İsrailin dövlət başçısı Şimon Peres Ukraynanın Yalta şəhərində keçirilən və Avropa Birliyi-Ukrayna münasibətlərinə həsr olunmuş konfransda Türkiyə-İsrail münasibətlərinə dair açıqlama verib.

"Türkiyə ilə İsrail arasında soyuqluq yaşanması üçün heç bir səbəb yoxdur. Türkiyə digər müsəlman ölkələri ilə müqayisədə fərqli bir ölkədir. Bu fərqliliyə hörmətlə yanaşıram. Aramızda psixoloji və ideoloji bir böhran var, amma ortada itki yoxdur. Gərginliyin azalmasına çalışmalı və tədricən bir araya gəlməliyik. İki ölkə arasında heç bir ixtilaf yoxdur, çünki ortada buna səbəb də yoxdur. İsrailin Türkiyəyə qarşı bir qəzəbi yoxdur. Türklərin isə öz tarixləri və motivləri var. Ümid edirəm ki, gələcəkdə ara sakitləşər və yaxınlaşma baş verər." - dey ... Ardı»
Baxılıb: 433 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 16.09.2011 | Müzakirələr (0)