Головна » 2011 » Avqust » 10

Şirkətə xəbərdarlıq edilib







İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Q.Qarayev prospekti, 61c ünvanında fəaliyyət göstərən "Oriflame” şirkətində qanunsuzluqlar aşkarlayıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şirkətdə parfüm və kosmetik məhsulların təbliği, qablaşdırılması, satışı zamanı istifadə olunan bütün reklam daşıyıcılarında haqsız və qeyri-dəqiq reklama, habelə istehlakçıların hüquqlarının pozulmasına yol verildiyi müəyyən edilib.

Məhsulların reklamı zamanı müvafiq təsdiqedici sənədlər olmadan məhsulların təbii xammaldan hazırlanması və İsveç məhsulu olması barədə "təbii İsveç k ... Ardı»
Baxılıb: 517 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 10.08.2011 | Müzakirələr (0)

Almaniyada ralliçi sürücü bir hərəkətilə idarə etdiyi avtomobili iki maşının arasında saxlayaraq dünya rekordu qırıb.



Alman pilot Ronni Veşselberqin bir neçə saniyədə həyata keçirdiyi və Almaniyanın "RLT 2" telekanalı tərəfindən çəkilən bu rekord təcrübəsi tamaşaçılar tərəfindən böyük alqış və təəccüblə qarşılanıb. Anspress-in məlumatına görə, "Ginnes" rəsmiləri bu rekord təcrübəsini təsdiqləyərək Veşselberqin bu təşəbbüsünü qəbul edərək sənədləşdirib.

Baxılıb: 463 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 10.08.2011 | Müzakirələr (1)

Safura Əlizadə kimlə ailə quracaq?



Müğənni bu barədə, xəbər portallarından birinə danışaraq, xoşuna gəlməsi üçün kişilərdə önəmli bildiyi amilləri açıqlayıb:

"Ümumiyyətlə, hansı kişiləri sevirəmsə, bu barədə, əvvəlcədən nə isə deyə bilmərəm. Mənim üçün kişi, özünə hörmət etməlidir, özünü şit aparmamalıdır. Bir sözlə, kişi xasiyyətcə xoş, yaxşı olmalıdır. Gərək, həmin kişidə xüsusi göstərici, cəlbedici amil olmalıdır ki, xoşuma gəlsin”.

S.Əlizadə əcnəbi və milli kişilərimiz arasındakı fərqlərdən də danışdı. O, milli kişi ilə ailə quracağını da bildirdi:

"Milli kişi ilə ailə quraram. Xarici insanlarla müqayisədə bizim insanlar fərqlidirlər. Əlbəttə ki, mən burada doğulmuşam, böyümüşəm və insanlarımızın xarakterlərinə bələdəm. Bizim kişilərimiz ailəyə ... Ardı»
Baxılıb: 521 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 10.08.2011 | Müzakirələr (0)