Головна » 2011 » Avqust » 10 » Safura Əlizadə kimlə ailə quracaq?
19:19
Safura Əlizadə kimlə ailə quracaq?

Safura Əlizadə kimlə ailə quracaq?



Müğənni bu barədə, xəbər portallarından birinə danışaraq, xoşuna gəlməsi üçün kişilərdə önəmli bildiyi amilləri açıqlayıb:

"Ümumiyyətlə, hansı kişiləri sevirəmsə, bu barədə, əvvəlcədən nə isə deyə bilmərəm. Mənim üçün kişi, özünə hörmət etməlidir, özünü şit aparmamalıdır. Bir sözlə, kişi xasiyyətcə xoş, yaxşı olmalıdır. Gərək, həmin kişidə xüsusi göstərici, cəlbedici amil olmalıdır ki, xoşuma gəlsin”.

S.Əlizadə əcnəbi və milli kişilərimiz arasındakı fərqlərdən də danışdı. O, milli kişi ilə ailə quracağını da bildirdi:

"Milli kişi ilə ailə quraram. Xarici insanlarla müqayisədə bizim insanlar fərqlidirlər. Əlbəttə ki, mən burada doğulmuşam, böyümüşəm və insanlarımızın xarakterlərinə bələdəm. Bizim kişilərimiz ailəyə sadiqdirlər, onlar üçün hər şeydən əvvəl, ailədir. Xaricdə, İşveçdə olanda, oradakı kişiləri də gördüm. Onlar soyuqqanlıdırlar. Xasiyyətcə də ürəkaçan deyillər”.

S.Əlizadə, hazırda sevdiyi şəxs olmadığını da etiraf etdi: "Olsa da, sual altında qalır. Amma sevgiyə vaxt ayırmağa da imkanım olmur. İşlərim başımı elə qatıb ki, hələ ki, qarşıma istədiyim şəxs çıxmayıb. İnşallah, gələcək!..” – deyə, S.Əlizadə ikibaşlı cavabı ilə fikirini tamamladı.

Söhbət zamanı hiss olurudu ki, müğənni ailə qurması haqqında danışanda tərəddüd edir. Sanki kiminsə yolunu gözləyir:

"Ailə qurmaq fikirim var. Amma bu, olmalıdır, olacaq da. Daha onu deyə bilmərəm ki, nə vaxt... Gərək, həmin insan qarşıma çıxsın. Bilmirəm, bu gün, yaxud bir neçə ildən sonra... Ümumiyyətlə, Azərbaycanda ailə birinci yerdə durur. Mənim üçün də ailə birincidir”.

Həmçinin, S.Əlizadə valideynlərinin ailə təcrübəsinə əsaslanaraq, quracağı ailədə eyni vəziyyətin olmasını istəyir:

"Mən ailədə hansı vəziyyəti görmüşəmsə, eyni vəziyyətin də quracağım ailəmdə olmasını istəyirəm. Bizdə həmişə hörmət, qarşılıqlı anlayış olub. Atam hər zaman məni başa düşüb. Atanın övladını başa düşməsi çox vacibdir. Valideynlərim məni başa düşdükləri üçün onları başıaşağı etməmişəm,” - S.Əlizadə qürurlu cavab verdi.

Переглядів: 570 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]