Головна » 2011 » Avqust » 26

Kafenin ətrafından dənizə ayrı-ayrı tərəflərə 15 metr uzunluğunda 8 çıxıntı olacaq

"Sadko” kafesi yeni görkəmdə olacaq. Hazırda kafe yerləşən körpüdə təmir-bərpa işləri gedir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasına görə körpünün dənizə doğru uzadıldığını bildirdi. Onun sözlərinə görə, əvvəl körpü 455 metr idisə, indi körpünün uzunluğu 555 metrə çatacaq. Bundan başqa körpü dənizdən 2 metr hündürlüyə qaldırılıb.Bir ildən artıq gedən tikinti işləri ilin sonuna qədər yekunlaşacaq. Yeniliklərdən biri də "Sadko” kafesinin formasının tam dəyişməsidir. "Sadko” kafesi ətrafından dənizə ayrı-ayrı tərəflərə 15 metr uzunluğunda 8 çıxıntı olacaq. Tam ortada kafe ... Ardı»
Baxılıb: 419 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.08.2011 | Müzakirələr (0)


 Stiv Cobsun korporasiyadan getməsi ilə şirkətin səhmləri Nyu-York birjasında 5,3 faiz aşağı düşüb

Bəlli olduğu kimi, dünya texnologiya bazarının nəhənglərindən sayılan, dünyanın ən aparıcı kompüter və proqram təminatı istehsalçısı olan "Apple" korporasiyasının yaradıcısı, baş direktoru Stiv Cobs vəzifəsindən gedib. Mədəaltı vəzin xərçəngindən əziyyət çəkən 55 yaşlı Cobs istefasını səhhəti ilə əlaqləndirib. İndi onu bu vəzifədə Tum Kuk əvəzləyəcək. İllər ərzində "Apple"in simasına çevrilmiş Stiv Cobsun korporasiyadan getmə xəbərinin yayılmasından bir neçə saat sonra "Apple"ın səhmləri Nyu-York birjasında kəskin şəkildə azalaraq 5,3 faiz aşağı düşdü. "Apple" şirkətinin yar ... Ardı»
Baxılıb: 359 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.08.2011 | Müzakirələr (0)