19:33 Bakıda “Oriflame” şirkətində qanunsuzluqlar aşkar edilib |
Şirkətə xəbərdarlıq edilibİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı
şəhəri, Q.Qarayev prospekti, 61c ünvanında fəaliyyət göstərən "Oriflame”
şirkətində qanunsuzluqlar aşkarlayıb. ANS PRESS-in nazirliyin mətbuat
xidmətinə istinadən verdiyi məlumata görə, şirkətdə parfüm və kosmetik
məhsulların təbliği, qablaşdırılması, satışı zamanı istifadə olunan
bütün reklam daşıyıcılarında haqsız və qeyri-dəqiq reklama, habelə
istehlakçıların hüquqlarının pozulmasına yol verildiyi müəyyən edilib.
Qeyd edək ki, qanun pozuntularının aradan qaldırılmasına dair Dövlət
Xidməti tərəfindən "Oriflame” şirkətinə icrası məcburi göstəriş verilib
və şirkətə xəbərdarlıq edilib.Məhsulların reklamı zamanı müvafiq təsdiqedici sənədlər olmadan məhsulların təbii xammaldan hazırlanması və İsveç məhsulu olması barədə "təbii İsveç kosmetikası” və "natural Swedish cosmetics” sözlərindən, həqiqətə uyğun olmayan "30% miqdarında dərhal gəlir əldə edin” ifadəsindən, eləcə də müvafiq təsdiqedici sənədlər olmadan "ən” terminindən istifadə edildiyi müəyyən edilib. Bundan başqa, məhsulların dəyərinin ödənilməsi ilə bağlı istehlakçıların sərbəst seçim hüququnun məhdudlaşdırıldığı, şirkətin internet saytında qeyri-nağd qaydada ödənişin yalnız bir bank vasitəsi ilə aparılması tələbi qoyulmaqla bir banka rəqabətdə əsassız üstünlük verildiyi aşkar edilib. Eyni zamanda, istehlakçıların zəmanət hüquqları təmin edilməyib. Əksər məhsulların markalanmasında məhsulların istifadə qaydalarına dair məlumatlar və məhsullara dair qiymət vərəqələrində Azərbaycan dilində məlumatlar verilməyib. Qiymətlərə endirim tətbiqi zamanı kataloqlarda məhsulların əvvəlki qiymətləri barədə düzgün olmayan məlumatlar göstərilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. |
|
Всього коментарів: 0 | |