Головна » 2011 » İyul » 02


25 illik ailə həyatının parçalanmasının səbəbi «barışmaz təzad» adlandırılıb

ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru və kino ulduz Arnold Şvartsneqqerin arvadı Mariya Şrayver boşanmaq üçün ərizə verib. Mariya Şrayverin təqdim etdiyi müvafiq sənəd Los Anceles Ali Məhkəməsinə göndərilib. 25 illik ailə həyatının parçalanmasının səbəbi isə «barışmaz təzad» adlandırılıb.

Mariya Şrayver uşaqların tərbiyəsində keçmiş əri ilə bərabər hüquqların verilməsini xahiş edib. Maliyyə tələbləri barədə məlumat yoxdur.

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin bacısı qızı olan Mariya Şrayver və Arnold Şvartsneqqer mayda boşanmaq qərarlarını açıqlamışdılar. Arnold Şvartsneqqer nigahdankənar övladının oduğunu etiraf etmişdi. Cütlüyün boşanmasına da məhz bunun səbəb olduğu bildirilir. ... Ardı»
Baxılıb: 405 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 02.07.2011 | Müzakirələr (0)



Dost-tanışları da zaqsa gedən cütlüyü velisipedlə müşayiət edib.

Türkiyədə ailə qurmağa qərar verən həkim cütlük zaqsa velosipedlə gedib. Hadisə İzmir şəhərində baş verib və dost-tanışları da zaqsa gedən cütlüyü velisipedlə müşayiət edib. Məlumata görə, hər ikisi həkim olan Səma Berktaş və İlker Akın keçən il Kapadokya velosiped festivalında tanış olublar. Bir müddət sonra ailə qurmağa qərar verən cütlük nikahlarını rəsmiləşdirmək üçün bələədiyyə nikah salonuna velosipedlə gedib. Velosipedlər isə adi gəlin maşını kimi şarlarla və çiçəklərlə bəzədilib. Qeyd edək ki, təzə bəylə gəlin nikah salonuna 50 velosipeddən ibarət korteclə gedib.

Baxılıb: 494 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 02.07.2011 | Müzakirələr (1)