Головна » 2011 » İyul » 2 » Şvartsneqqerin arvadı boşanmaq üçün ərizə verib
14:23
Şvartsneqqerin arvadı boşanmaq üçün ərizə verib


25 illik ailə həyatının parçalanmasının səbəbi «barışmaz təzad» adlandırılıb

ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru və kino ulduz Arnold Şvartsneqqerin arvadı Mariya Şrayver boşanmaq üçün ərizə verib. Mariya Şrayverin təqdim etdiyi müvafiq sənəd Los Anceles Ali Məhkəməsinə göndərilib. 25 illik ailə həyatının parçalanmasının səbəbi isə «barışmaz təzad» adlandırılıb.

Mariya Şrayver uşaqların tərbiyəsində keçmiş əri ilə bərabər hüquqların verilməsini xahiş edib. Maliyyə tələbləri barədə məlumat yoxdur.

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin bacısı qızı olan Mariya Şrayver və Arnold Şvartsneqqer mayda boşanmaq qərarlarını açıqlamışdılar. Arnold Şvartsneqqer nigahdankənar övladının oduğunu etiraf etmişdi. Cütlüyün boşanmasına da məhz bunun səbəb olduğu bildirilir.
Переглядів: 406 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]