ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru və kino ulduz Arnold
Şvartsneqqerin arvadı Mariya Şrayver boşanmaq üçün ərizə verib. Mariya
Şrayverin təqdim etdiyi müvafiq sənəd Los Anceles Ali Məhkəməsinə
göndərilib. 25 illik ailə həyatının parçalanmasının səbəbi isə «barışmaz
təzad» adlandırılıb.
Mariya Şrayver uşaqların tərbiyəsində keçmiş əri ilə bərabər hüquqların
verilməsini xahiş edib. Maliyyə tələbləri barədə məlumat yoxdur.
ABŞ-ın keçmiş prezidenti Con Kennedinin bacısı qızı olan Mariya Şrayver
və Arnold Şvartsneqqer mayda boşanmaq qərarlarını açıqlamışdılar. Arnold
Şvartsneqqer nigahdankənar övladının oduğunu etiraf etmişdi. Cütlüyün
boşanmasına da məhz bunun səbəb olduğu bildirilir.
...
Ardı»