7,3 kq çəkili körpə doğulubABŞ-da cəngavər körpə dünyaya gəlib.Xarici mətbuata
istinadən verilən məlumata görə, Texasdan olan qadın 7,3 kq çəkisi olan
uşaq dünyaya gətirib.
Canet adlı qadının uşağı ötən gün qeysəriyə əməliyyatı ilə doğulub. Nəhəng uşağa JaMaykl Brovn adı verilib.
Həkimlərin sözlərinə görə, qadın hamiləlik vaxtı şəkər xəstəliyinə
yaxalanıb. Məhz bu faktor uşağın artıq çəkili doğulmasına yol açan
səbəblərdən biri ola bilər.