Головна » 2011 » Aprel » 28


"Nə etsəm də, mən azərbaycanlıların yaddaşında Anar Məmmədxanov "Parni iz Baku” komandasının kapitanı kimi qalacam"

sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun ANS TV-yə verdiyi son müsahibəsini təqdim edir. Bu bəlkə də onun kütləvi informasiya vasitələrinə sonuncu müsahibəsi idi. Müsahibə mayın 10-da efirə getməli olsa da, Anar Məmmədxanovun vaxtsız ölümü bütün planları dəyişdirdi. O özü də bu müsahibənin efirə getməsini səbirsizliklə gözləyirdi...

"Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandası (KVN) necə yarandı?
-1985-ci ildə mən 9-cu sinifdə oxuyurdum. O vaxt yenidənqurma işləri başlayanda KVN təzə bərpa olunurdu. Məktəbdə yumor gecəsi keçirirdik. Yadımdadır ki, böyük bir tamaşa idi. Məktəbimizdə də bir rəsmxət müəllimi vardı, Mixail Dovudovs. O v ... Ardı»
Baxılıb: 698 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 28.04.2011 | Müzakirələr (0)



50-dən çox fotoşəklin nümayiş olunduğu sərgi 2 gün davam edəcək

Türkiyənin Kocaeli vilayətində "1915-i burax, 1992-yə bax” adlı ermənilərin Xocalıda törətdiyi vəhşiliyi nümayiş etdirən foto-sərgi açılıb. İzmit rayonu Sənət küçəsində açılan sərgini Haqq və Bərabərlik partiyası (HEPAR-Hak və Eşitlik Partisi) təşkil edib. 50-dən çox fotoşəklin nümayiş olunduğu sərgi 2 gün davam edəcək və analoji tədbir vilayətin başqa rayonlarında da keçiriləcək.

Sərginin açılışında iştirak edən partiya sədrinin müavini Cazim Gürbüz hər il aprelin 24-də keçirilən qondarma erməni soyqırımı gününün beynəlxalq bir yalan olduğunu deyib: "Ermənilərin son çirkin və dəhşətli cinayəti çox yaxın bir vaxtda, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verib. Ermənilərin burda kiçik bir türk uşağının başını kəsərək futbol oynadığını bilməyən yoxd ... Ardı»
Baxılıb: 423 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 28.04.2011 | Müzakirələr (0)