Головна » 2011 » Aprel » 24


Erməni terror təşkilatı ASALA Türkiyənin Tiflisdəki səfirliyinə təhdid məktubu göndərərək, Ankaranı Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbyacanı dəstəkləməkdən əl çəkməsi üçün hədələyib. "Prosesdən çəkilin, yoxsa tamamlanmayan işi tamamlarız”, yazılan məktubda erməni terror təşkilatı 1973-1984-cü illərdə türk diplomatlarına qarşı terror aktlarının davam edəcəyinə işarə edib.

Ermənilərin 24 aprel - qondarma "soyqırmı” ərəfəsində Türkiyənin Fransa və Kanada səfirliklərinə də məktublar göndərdikləri bildirilir. Bununla bağlı Türkiyə Milli Kəşfiyyat İdarəsi araşdırmalar aparır. Qardaş ölkənin səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Baxılıb: 557 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.04.2011 | Müzakirələr (0)



Qobustan rayonunda keçirilən toy mərasimində gəlin dünyasını dəyişib. Şamaxı Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Qobustan rayonunun Mərəzə qəsəbəsində 1988-ci il təvəllüdlü İsayev Alim Əli oğlu ilə 1992-ci il təvəllüdlü İsgəndərova Afət Bilal qızının toy mərasimində qeydə alınıb.

Məlumata görə, ötən gün "Şamaxı” restoranında Şamaxının Cavanı kənd sakini Afət İsgəndərovanın toy mərasimi olub. Bu gün günorta saatlarında isə el adəti ilə gəlin qız evindən oğlan evinə - Alim İsayevin atasının Mərəzə qəsəbəsindəki evinə gətirilib.

Mərasim həyətyanı sahədə qurulmuş toy çadırında davam etdirilib. Lakin bir saatdan sonra qəflətən gəlinin halı pisləşib. A. İsgəndərova təcili Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər onu xilas ... Ardı»
Baxılıb: 536 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.04.2011 | Müzakirələr (2)


41 yaşında vəfat edən sabiq millət vəkili Anar Məmmədxanov "Qurd qapısı” yaxınlığındakı qəbiristanlıqda dəfn edildi. ANS PRESS-in məlumatına görə, Anar Məmmədxanov saat 15:40 radələrində torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, onun sənət yoldaşları, bir çox tanınmış ziyalılar, millət vəkilləri iştirak edib.

Mərhumun cənazəsini Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə və Murad Dadaşov çiyinləri üstündə götürmüşdülər.

Anar Məmmədxanovun dəfn məclisində iştirak edən əməkdar incəsənət xadimi Baba Vəziroğlu ANS PRESS-ə açıqlamasında çox kədərləndiyini bildirdi və mərhumun yaxınlarına başsağlığı verdi: "Anar Məmmədxanov mənim həm dostum, həm də qonşum idi. Tez-tez görüşdüyüm, dərdləşdiyim gözəl dost idi. Bizi Rüstəm İbrahimbəyov tanış etmişdi. Onunla həm yaradıcılıq, həm də qeyri-rəsmi məclislərdə görüşü ... Ardı»
Baxılıb: 682 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 24.04.2011 | Müzakirələr (0)