Головна » 2011 » Aprel » 26


Eldar və Nigar Ukraynada yerli jurnalistlərin sual atəşinə məruz qaldılar

Azərbaycanı "Eurovision 2011” Mahnı Müsabiqəsində təmsil edəcək Eldar və Nigar Ukraynanın "Komsomolskaya pravda” qəzetinin onlayn qonaqları olublar. Müsahibəni oxucularımıza təqdim edirik:

- Sizin mübahisələriniz olur? Aranızda hansısa romantik münasibət var?
Eldar: Hərdən mübahisələrimiz olur, ancaq bunlar da sənətlə bağlı olur. Ancaq hər şey yaxşıdır.
Nigar: Biz yaxşı dostuq, həmişə bir yerdəyik.

- Məşhurlardan kimi özünüzə üçüncü götürərdiz?
Nigar: Cenifer Lopesi.
Eldar: Kim bizimlə oxumaq istəsə, biz hamıya şad olardıq (gülür red.)

- Siz özünüz hansısa ölkəyə səs verəcəksiz? Sirr deyilsə, kimə?
Nigar: Çətin ki, bizim səs verməyə vaxtımız olsun.
Eldar: Bu il mürəkkəb müsabiqə olacaq, yaxşı ölkələr çoxdur. Çalış ... Ardı»
Baxılıb: 521 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.04.2011 | Müzakirələr (0)


Sərdar Abdullayev: "Yaralananlar olub, ölən yoxdur"

"Dünən ermənilərdə "soyqırım günü” olub. Ermənilər bununla bağlı mitinq keçirən zaman azərbaycanlılar Türkiyə və Azərbaycan bayraqları əllərində onların yanından keçiblər. O da sonradan münaqişəyə çevrilib”. Bunu ANS-ə açıqlamasında Ümumrusiya Azərbaycanlılar Konqresinin Tver regional bölməsinin rəhbəri Sərdar Abdullayev Rusiyanın Tver vilayətində dünən saat 17.00 radələrində ermənilərlə azərbaycanlılar arasında baş vermiş toqquşmaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı araşdırmalar aparılır: "Yaralananlar olub, ölən yoxdur. Ermənilərdən 7-8 nəfər, bizdən isə 1 nəfər xəstəxanaya düşüb”.

Qeyd edək ki, Rusiyanın Tver vilayətində ötən gün saat 17 radələrində ermənilərlə azərbaycanlılar arasında toqquşma baş verib. Rusiyanın informasiya vas ... Ardı»
Baxılıb: 471 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.04.2011 | Müzakirələr (0)


Heykəllərdən birinin baş qismi 10:12 radələrində kəsilib

Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğunun rəmzi olan "insanlıq abidəsi”nin başı qoparılıb. ANS PRESS-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər abidənin götürülməsi işlərinə başlanılıb. Heykəllərdən birinin - Qars qalasına baxanının baş qismi 10:12 radələrində kəsilib.

Heykəlin yaxınlıqdakı yola düşməsi ehtimalı ilə əlaqədar yolda avtomobillərin hərəkəti qadağan olunub. İki insan fiqurundan ibarət abidə 18 parça halında kəsiləcək.

Xatırladaq ki, "İnsanlıq abidəsi" adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və ... Ardı»
Baxılıb: 524 | Əlavə etdi: NicatKNN | Əlavə olunma tarixi: 26.04.2011 | Müzakirələr (0)