Головна » 2011 » Avqust » 26 » Məşhur "Sadko" kafesi yeni görkəmdə
14:04
Məşhur "Sadko" kafesi yeni görkəmdə

Kafenin ətrafından dənizə ayrı-ayrı tərəflərə 15 metr uzunluğunda 8 çıxıntı olacaq

"Sadko” kafesi yeni görkəmdə olacaq. Hazırda kafe yerləşən körpüdə təmir-bərpa işləri gedir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasına görə körpünün dənizə doğru uzadıldığını bildirdi. Onun sözlərinə görə, əvvəl körpü 455 metr idisə, indi körpünün uzunluğu 555 metrə çatacaq. Bundan başqa körpü dənizdən 2 metr hündürlüyə qaldırılıb.Bir ildən artıq gedən tikinti işləri ilin sonuna qədər yekunlaşacaq. Yeniliklərdən biri də "Sadko” kafesinin formasının tam dəyişməsidir. "Sadko” kafesi ətrafından dənizə ayrı-ayrı tərəflərə 15 metr uzunluğunda 8 çıxıntı olacaq. Tam ortada kafe tikiləcək."Sadko” kafesinin adının dəyişib-dəyişməyəcəyinə gəlincə, Nazim Məcidov bunları deyib: "Bu, Sovet dövründən qalma bir ad idi. Onun yerinə milli adət-ənənələrimizə aid bir ad veriləcək. Amma bu adın nə olacağını bilmirəm”.Tikintini xarici şirkət deyil, yerli tikinti şirkətlərindən biri aparır. Bundan başqa, kafeyə gedən yollar genişləndirilib və möhkəmləndirilib. İçəriyə avtomobil buraxılmayacaq. Lakin hansısa zərurətdən içəri maşının girməsi üçün yol tikilib. Ərazidə sürətlə işlər gedir. Bulvarda əvvəlki kimi Venesiya su şəhərciyi olacaq. Amma əvvəlkindən fərqli olaraq indi daha gözəl və rəngarəng olacaq. "Mirvari” kafesi və digər kafelər də xidmət göstərir.
Переглядів: 633 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]