Головна » 2011 » Avqust » 26 » "Apple" əfsanəsinin gizlinləri
13:55
"Apple" əfsanəsinin gizlinləri

 Stiv Cobsun korporasiyadan getməsi ilə şirkətin səhmləri Nyu-York birjasında 5,3 faiz aşağı düşüb

Bəlli olduğu kimi, dünya texnologiya bazarının nəhənglərindən sayılan, dünyanın ən aparıcı kompüter və proqram təminatı istehsalçısı olan "Apple" korporasiyasının yaradıcısı, baş direktoru Stiv Cobs vəzifəsindən gedib. Mədəaltı vəzin xərçəngindən əziyyət çəkən 55 yaşlı Cobs istefasını səhhəti ilə əlaqləndirib. İndi onu bu vəzifədə Tum Kuk əvəzləyəcək. İllər ərzində "Apple"in simasına çevrilmiş Stiv Cobsun korporasiyadan getmə xəbərinin yayılmasından bir neçə saat sonra "Apple"ın səhmləri Nyu-York birjasında kəskin şəkildə azalaraq 5,3 faiz aşağı düşdü. "Apple" şirkətinin yaradıcısı isə korporasiyadan tam ayrılmadığını və Direktorlar Şurasının sədri vəzifəsində qalacağını deyib. Bu illər ərzində "Apple"in simasına çevrilmiş Stiv Cobs 1955-ci ildə Kaliforniyada anadan olub. Elektronikaya olan marağı onun gələcək tərəfdaşı Stiv Voznyakla tanışlığına gətirib çıxarır. Bir neçə ilə müxtəlif mikrosxemlər yaradan Stiv Cobs 16 yaşında Stiv Voznyakla birlikdə ilk "Apple" personal kompüterini yaradır. 1985-ci ildə Amerikanın prezidenti Ronald Reyqan Stiv Cobsu və onun həmkarını bu sahədəki xidmətlərinə görə medalla təltif edir. Elə həmin il də Stiv Cobs "Apple"dən gedir. Onun gedişindən sonra "Apple" korporasiyası müflisləşməyə başlayır. Və məhz 1997-ci ildə Cobsun yenidən şirkətə qayıtması vəziyyəti dəyişir. Artıq "Apple" təkcə kompüter bazarında deyil, həm də telefon və digər elektronika sahəsində güclü rəqibə çevrilir. Stiv Cobsun rəhbərlik etdyi "Apple" korporasiyası 2007-ci ildə mobil telefon bazarlarına dünyada məşhur olan sensor ekranlı "İphone" smartfonları ilə çıxır. Bu ilin may ayında "Apple" şirkəti beynəlxalq "Milvard Braun" agentlyinin reytinqlərində dünyanın ən bahalı şirkəti statusunu qazanır. Hazırda korporasiyanın cari büdcəsi 349 milyard dollara yaxındır. "Apple" şirkətinin Azərbaycandakı distribütoru "Pineapl" şirkətinin satış meneceri Cəmil Hüseynov deyir ki, "Apple" məhsulları Azərbaycanda da kifayət qədər məşhurdur. "2,5 il fəaliyyət göstərməyimizə baxmayraq, alıcılarımızın sayı gündən-günə artır. İnsanlar başa düşür ki, "Apple" dünyada ən yaxşı texnologiyadır",- deyə Cəmil Hüseynov vurğulayıb. Yeri gəlmişkən, onu da deyək ki, "Apple" korporasiyasının «İphone 5» telefonlarının yaxın aylarda satışa buraxılacağı gözlənilir. Amma yeni telefonların üstünlükləri və funksiyaları barədə hələlik məlumat verilmir. Yəqin ki, bu da Stiv Cobsun istefaya getməzdən əvvəl öz müştərilərinə növbəti sürprizidir. 
Переглядів: 467 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]